Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA
Tarix: 22-02-2017 | Saat: 17:30
Bölmə:Karusel / Qadınlar / Fotogalereya | çapa göndər

Yaz yaxınlaşdıqca xüsusilə göbək bölgəsində artıq çəkidən xilas olmağa çalışırıq. Göbək əritmə məşqləri bunun üçün ən yaxşı vasitədir. Göbək əritmə məşqlərini evdə də rahatlıqla edə bilərsiniz. Çünki çox asan və təsirli hərəkətlərdən ibarətdir. "Xəbəraz.az "göbək əritmə məşqlərini təqdim edir.

İlk növbədə göbək bölgəsində yağlanmanın səbəblərini bilmək lazımdır. Bədən bölgələri arasında göbək ən tez çəki alan, yağlanan və çətin arıqlayan nahiyədir. Qandakı şəkəri nəzarət altında saxlayan hormon bədən üçün çox əhəmiyyətlidir. İnsulin dəyərlərində meydana gələn pozuqluqlar ötəri qan şəkəri səviyyəsi və qan dəyərlərində pozulmalar meydana gətirir. Bu da bel və göbək bölgəsində yağlanmaya səbəb olur. Eyni zamanda nəzarətsiz karbohidrat qəbulu da göbək bölgəsində yığılan yağlanmaya səbəb olur. Piylənmənin qarşısını almaq üçün məşqlərlə yanaşı qidalanmanı da nəzarətdə saxlamaq vacibdir.

Evinizdə rahatlıqla edə biləcəyiniz məşqlərlə sizi tanış edirik:
Əsnəmə

Əvvəlcə əsnəmə hərəkətlərinə başlayaq. Yerə oturub ayaqlarınızı iki yana açın. Birinci sol, sonra sağ ayağınızın üstünə uzanın. Həmin əməliyyatlar əsnasında özünüzü məcbur edərək əyilməyə çalışın. Hər iki tərəfə 10 dəfə əyilib qalxın, sonra hər iki ayağınızı da əllərinizlə tutub önə doğru əyilin və qalxın. Bunu da 10 dəfə edin.
Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA

Plank

Sadə görünüşünə aldanmayın. Təsirli və güc tələb edən hərəkətdir. Əvvəlcə şəkildə gördüyünüz formada yerdə durun. Yəqin ki, ilk vaxtlar 30 saniyədən çox dura bilməyəcəksiniz. Özünüzü çox məcbur etmədən 30 saniyəlik 3 bölüm ayırın. Aralarda 15 saniyə istirahət edə bilərsiniz. Qarşıdakı günlərdə bu müddəti 30 saniyədən 1 dəqiqəyə qədər qaldırın

Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA
Yarım jim

Jim bildiyiniz kimi həm qol, həm də göbək əzələləri üçün təsirli hərəkətdir. Yarım jim isə yeni başlayanlar üçün çox əziyyətli olmaması üçün edilir. Normal jimdən fərqi duruşun ayaqlar üzərində deyil, dizlər üzərində olmasıdır. Şəkildəki kimi dayandıqdan sonra 15 dəfə jim edin.

Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA

Yana əyilmə

Yana əyilmə göbək bölgəsindəki yağları yandırır. Bu hərəkəti iki cür edə bilərsiniz. Əvvəlcə şəkildəki kimi yerdə oturub bir qolunuzu qaldırın və qaldırdığınız qolun tərs istiqamətinə doğru əyilin, eynisini digər tərəf üçün etməyi də unutmayın. Sonra ayağa qalxın və eyni əməliyyatı ayaqlarınız çiyin xətti istiqamətində açıq formada edin. İstirahətlə 3 bölüm edə bilərsiniz.

Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA

"V" duruşu

Karate filmlərində gördüyümüz bu hərəkət çox təsirlidir. Əsas məqam şəkildəki kimi dayana bilməkdir. Ağırlıq mərkəzi omba olacaq formada oturduqdan sonra əllərinizi yerə paralel uzadın və ayaqlarınızı qaldırın. Belə 1 dəqiqə durun. Dincəldikdən sonra 3 dəfə bu hərəkəti edin. Hər gün də müddəti bir az artırın.

Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA

Ayaqla avarçəkmə

Yerə uzanıb əllərinizi boynunuzda çarpazlayın. Sonra ayaqlarınızı dizlərdən qırıb qaldırın. Ayaqlarınızla avarçəkmək hərəkəti edəcəyiniz formada durun, sağ qolunuzun dirsəyini qabağa əyib qalxıb-enin, eyni hərəkəti sol qolla da edin. Bu müddətdə ayaqlarınızı sabit saxlamağı unutmayın.
Göbəyini əritmək istəyənlər bu məşqləri etsin - FOTOLARLA




Xəbəri paylaş

1 4818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___