Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq
Tarix: 22-02-2017 | Saat: 14:27
Bölmə:Karusel / İqtisadiyyat | çapa göndər

Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq

ABŞ-ın maliyyə naziri Stiven Manuçin Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək İMF-ə üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb.
"Xəbəraz.az "xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib.
Xatırladaq ki, hazırda 189 ölkə İMF-in üzvüdür. Azərbaycanın İMF-də kvotası 391,7 mln. SDR (Special Drawing Rights) və ya 0,08% təşkil edir. Ən çox kvotaya isə 17,46%-lə ABŞ sahibdir. SDR - dollar (41,73%), avro (30,93%), yuan (10,92%), yen (8,33%) və funt sterlinqdən (8,09%) ibarət olan xüsusi ehtiyat ödəniş vasitəsidir.


Xəbəri paylaş

5198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___