Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Universitetdə əmək haqları artırıldı
Tarix: 22-02-2017 | Saat: 11:29
Bölmə:Karusel / Təhsil / M2 | çapa göndər

Universitetdə əmək haqları artırıldı


Azərbaycan Dillər Universitetində (ADU) əmək haqları artırılıb.

Universitetin mətbuat xidmətindən verilən məlumata görə, ADU-nun rektoru vəzifəsini icra edən professor Əfqan Abdullayev təhsil müəssisəsində eyni vəzifə və eyni elmi adlara malik olan əməkdaşların əmək haqlarında olan süni diferensiallaşdırmanın aradan qaldırılması məqsədi ilə əmr imzalayıb.

Əmrə əsasən universitet əməkdaşlarının əmək haqlarına yenidən baxılıb.

2017-ci il yanvar ayınını 1-də ştat cədvəlinə edilən dəyişikliyə əsasən rəhbər vəzifəni tutan işçilər istisna olmaqla inzibati idarəetmə və xidmətedici heyətdə çalışan işçilərin əmək haqqı təxminən 10 faiz artırılıb. Məlumata görə, dəyişiklik nəticəsində ADU-da müəllimin əmək haqqında artım 50 manat, elmlər namizədi olan müəllimin əmək haqqında 200 manat, elmlər namizədi olan baş müəllimin əmək haqqında 150 manat, dosent-elmlər doktorunun əmək haqqında 200 manat, professor-elmlər doktorunun əmək haqqında isə 250 manat təşkil edir.


Xəbəri paylaş

6818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___