Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda soyğunçu polisin əlini kəsdi
Tarix: 21-02-2017 | Saat: 11:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

Bakıda soyğunçu polisin əlini kəsdi



Bakıda qadına qarşı soyğunçuluq edən şəxs polisə bıçaqla xəsarət yetirib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə Nizami rayonunda baş verib.
Belə ki, Qara Qarayev prospekti 74 ünvanında 36 yaşlı Həsənquliyev Sərdar Ənvər oğlu qadının (hələlik adı açıqlanmır) əl çantasını zorla alıb qaçmaq istəyib. Qadının səsinə yaxınlıqda olan polis əməkdaşları gəliblər. Polislər soyğunçuluq edən S.Həsənquliyevin arxası ilə qaçaraq onu tutublar. S.Həsənquliyev tutulan zaman bıçaqla əvvəlcə özünə xəsarət yetirib. Onun bu əməlinin qarşısını almaq istəyən polis əməkdaşının da əli kəsilib. S.Həsənquliyev xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri xəsarət alan polisə ilkin yardım göstəriblər.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Qeyd edək ki, S.Həsənquliyev əvvəllər məhkumluq həyatı yaşayıb.


Xəbəri paylaş

7038 dəfə oxunub.

Digər xəbərlər
1-04-2018, 09:50 Atəşkəs yenə pozuldu

bütün xəbərlər
____ Instagram ___