Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşhurlar efirdə Şahin üçün göz yaşı tökdülər - VİDEO
Tarix: 20-02-2017 | Saat: 15:56
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər

Məşhurlar efirdə Şahin üçün göz yaşı tökdülər - VİDEO



ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti buraxılışı mərhum rejissor Şahin Zəkizadənin ölümü ilə bağlı olub.

"Xəbəraz.az " xəbər verir ki, özəl proqrama qonaq olan məşhurlar - Roza Zərgərli, Vəfa Zeynalova, Pərvin Abıyeva, Xədicə Sənanqızı rejissorla bağlı maraqlı açıqlamalar verib.

Roza Zərgərli bildirib ki, Şahin Zəkizadə xəstəxanada olanda onun yanına getməyib:

"Mən əməliyyat olanda Şahin 3 dəfə mənim yanıma gəldi. Amma o, olanda mən getmədim. Gedə bilmədim. Ailəmdə 7 nəfər bu xəstəliyə düçar olub. Ən yaxın insanlarımı belə görə bilmirəm. Şahinin yanına gedib o cür xatırlamaq istəmirdim. Onun üçün getmədim. Şahin özü də başa düşürdü ki, nə üçün gəlmirəm. Mən onu saçsız, o cür çarəsiz görməmək, həmin vəziyyətdə xatırlmamaq üçün getmədim. Öldüyünü biləndən sonra onunla İnstaqram-da fotomuzu paylaşdım".

Əməkdar artist Vəfa Zeynalova isə Şahinin tənbəl olduğunu bildirib:

"Şahin çox istedadlı idi. O, çox yaradıcı beyinə malik idi. Onunla fikr mübadilələrimiz çox idi. Film planlarımız vardı. Onunla son söhbətimizdə demişdi ki, ömürlük cəzaya məhkum olmuş insanlar haqda film çəkmək istəyirəm. Amma bacarmadı. Qisməti beləymiş. Ailəsinə səbr diləyirəm".

Aparıcı Xədicə Sənanqızı isə onun yanına son günlərdə getdiyini söyləyib:

"Onunla münasibətimiz çoxdan idi. Yaxşı dostluğumuz var idi. İstedadlı, yaraşıqlı, mükəmməl insan idi. O, mənə bir dəfə zəng edib dedi ki, "Həkimlər" serialına başlayıram. Kömək edərsənmi? Heç düşünmədən razılaşdım. Şahinin yanına gedə bilmirdim. Onu o vəziyyətdə görmək istəmirdim. Amma hər gecə başımı yastığa qoyanda ilk duam onun üçün idi. Son günlər artıq dözə bilmədim getdim. Qardaşı ilə danışdım".

Aktrisa Pərvin Abıyeva da onunla tanışlığını və təəssüratalarını danışaraq çox kövrəlib:

"Sənətə ilk gəldiyim vaxtlarda onunla tanış oldum. Şahin mənə "Sevdiyim düşmən" adlı serial təklif etmişdi. Onu qəbul etdim. Çox gözəl və yaradıcı ssenari idi. İdeyaları gözəl idi. Amma o ideyaları həyata keçirdə bilmirdi. Maliyyə sıxıntıları çox idi. Amma inanırdım ki, bu istəyini həyata keçirəcək. Anonsu və 1 seriyası çəkilməsinə baxmayaraq, yarımçıq qaldı. Şahin xəstələnməmişdən 1 həftə öncə mənə zəng edib dedi ki, o iş ürəyimdə qalıb onu edəcəm, razısan? Razılıq verdim, dedim ki, əgər maliyyə sıxıntısı olarsa, sat bu işi. Onsuz da, borcun çoxdur. 1 həftə sonra xəstəxanaya düşdü. İlk vaxtlar yanına getdim, amma sonra dözmədiyim üçün daha sonra getmədim".



Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
18-08-2015, 20:09 Bürclər - 18 avqust

bütün xəbərlər
____ Instagram ___