Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"İlk dəfə 20 yaşımda öpüşmüşəm" - Azərbaycanlı teleaparıcı
Tarix: 20-02-2017 | Saat: 15:48
Bölmə:Karusel / Şou-Biznes | çapa göndər

"İlk dəfə 20 yaşımda öpüşmüşəm" - Azərbaycanlı teleaparıcı



Bu gün Rusiyanın tanınmış teleaparıcısı, "TEFİ" mükafatı laureatı İradə Zeynalovanın 45 yaşı tamam olur. Rusiyalı həmkarlarımız ad günü münasibətiylə ondan müsahibə alıblar.

"Xəbəraz.az "lent.az-a istinadən həmin müsahibədən maraqlı məqamları təqdim edir.

"Məni çox ciddi tərbiyə ediblər. Əsl azərbaycanlı kimi. 20 yaşıma qədər mən mütləq axşam saat 9-a qədər evdə olmalıydım. İlk dəfə elə 20 yaşımda öpüşmüşəm. Siqaret çəkməyim barədə atam 34 yaşımda xəbər tutub. Həmin gün dostlarımla birgə "TEFİ"-ni qeyd edirdik. Atam məni siqaret çəkməyimi görəndə rəngi ağappaq ağardı. Amma özünü elə apardı ki, sanki, görmədi".

Deyir, həmişə azərbaycansayağı ərə getməyi arzulamışam. Necə deyərlər, qadının yanında güclü bir kişi olsun. Amma İradənin ürəyini azərbaycanlı yox, hərbi müxbir Aleksey Samolyotov fəth edib. Onlar 20 il bir yerdə yaşayıblar. İradə və Aleksey çox vaxt ezamiyyətdə olduqlarından onların tək övladı Timuru nənəsi böyüdüb.

"Timurun 5 yaşı tamam olanda mən Tunisdəydim. Hədiyyəsiz əliboş qayıtmaq fikrimdə yox idi. Mən Timura camış dərisindən hazırlanmış böyük bir baraban aldım. "Birinci Kanal" məni İngiltərəyə xüsusi müxbir göndərəndə Timuru da özümlə aparmışdım. Qayıdanda təkcə onun oyuncaqları neçə-neçə qutu elədi. Təsəvvür edin, "Leqo"ların çəkisi 70 kiloqramı keçirdi".

İradə deyir ki, İngiltərəyə anasıyla birgə gedibmiş. "Timura o baxacaqdı. Atam evdə tək qalmalı olmuşdu. Hər dəfə zəng edəndə deyirdi ki, yaxşıyam yeməyimi yemişəm. Əksər azərbaycanlı kişilər kimi atam da yemək bişirməyi bacarmırdı. Yediyi isə ya yumurta, ya da kartof imiş. Biz geri qayıdanda atam, sözün əsil mənasında, skeleti xatırladırdı. 20 kiloqram arıqlamışdı".


Xəbəri paylaş

1 2858 dəfə oxunub.

Digər xəbərlər
31-07-2016, 02:13 Astroloji proqnoz - 31 iyul

bütün xəbərlər
____ Instagram ___