Bakıda təcili yardım xəstəni aparmaqdan imtina etdi, gənc qız öldü - VİDEO
Tarix: 18-02-2017 | Saat: 21:09
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Təcili yardım həkiminin xəstəni xəstəxanaya aparmaqdan imtina etməsi nəticəsində gənc qız ölüb.
"Xəbəraz.az " xezerxeber.az-a istinadən bildirir ki, şok iddianı Bakının Xəzər rayonu Zirə qəsəbəsinin sakini olan qızın valideynləri səsləndirib. Onların sözlərinə görə, 23 yaşlı Məlhəm Mailova özünü narahat hiss etdiyindən evə təcili yardım çağrılıb.
Valideynləri deyir ki, həkim qızlarını müayinə edib və deyib ki, ciddi bir şey deyil. Sadəcə təzyiqi aşağı düşüb. İynə vurub ki, təzyiq normallaşsın. Lakın iynədən sonra 23 yaşlı qızın vəziyyəti daha da pisləşib.
Bundan sonra həkim getmək istəyib. Valideynləri iddia edir ki, qızın narahat olduğunu görüb xahis ediblər ki, bir qədər dayanıb onun özünə gəlməsini gözləsinlər. Həkim isə buna etiraz edib.
Ancaq iddialar bununla kifayətlənmir. Bu dəfə valideynlər xahiş edib ki, qızı hansısa xəstəxanaya çatdıraq. Həkim deyib ki, ehtiyac yoxdur. Guya xəstəxana gecə soyuqdur, üstəlik həkimlər də yoxdur. Həkim gedəndən yarım saat sonra Məlhəmin dili qatlanıb və nəfəs ala bilmədiyindən ölüb.
Onların sözlərinə görə, bu dəfə də həkim çox gec gəlib. Evə çatanda artıq 23 yaşlı Məlhəm keçinmişdi.
Ərazi üzrə təcili yardım stansiyasında isə məsələylə bağlı münasibət öyrənməyə heç kimi tapmadıq.
Stansıyanın baş həkimi də yerində yox idi.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev "Xəzər Xəbər"ə bildirdi ki, təcili yardım həkimi ilə bağlı araşdırma aparılır. Həkimin günahı olduğu təqdirdə Xəzər Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanılacaq.
Xəbəri paylaş
8358 dəfə oxunub.
Digər xəbərlər

27-09-2021, 16:59
Küçədə və ayaq üstü qidalanmanın BÖYÜK TƏHLÜKƏSİ
16-10-2015, 13:18
Türkiyə üçün yeni qorxunc terror iddiası
17-06-2016, 14:10
Kölgələr; Alimin işığında
6-03-2023, 11:02
Kürdəmirdə ailə faciəsi - Azyaşlı bacılar öldü - FOTO
24-09-2016, 16:57
Anası yıxılan uşağın ürəkağrıdan görüntüləri - VİDEO
12-10-2023, 10:10
Ronaldoya bu videoya görə şallaq vurulacaq
14-03-2017, 14:51
Fikrət Qocanın oğlunun öldürüldüyü yerdən DƏHŞƏTLİ GÖRÜNTÜLƏR
16-11-2016, 09:56
Neft sürətlə bahalaşır
7-06-2022, 18:29
Gələn ay bağçalara elektron qəbul başlayacaq