Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Boyundakı öpüş izindən qurtulmağın SADƏ YOLLARI
Tarix: 17-02-2017 | Saat: 23:29
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Boyundakı öpüş izindən qurtulmağın SADƏ YOLLARI

Ehtiraslı öpüşdən sonra dəridə yaranan qızartı və ya tünd bənövşəyi ləkə (“zasos”) sevgi işarəsi kimi qəbul edilir. Lakin bu formada insanlar arasına çıxmaq çox zaman mümkün olmur. Öpüş izlərindən xilas olmağın bir neçə sadə üsulu ilə cütlükləri tanış edirik.

Soyuq qaşıq

Öpüş izindən tez bir zamanda xilas olmaq istəyirsinizsə, həmin yerə soyuducuda 15 dəqiqə saxladığınız soyuq qaşığı qoyun. Qaşıq isinənədək izin üstünə basıb saxlayın.

Banan

Bananda olan kaempferol və kuerset maddələri hüceyrələri qoruyur, iltihabı azaldır və qan dövranını artırır. Öpüş izindən xilas olmaq üçün banan qabığının iç hissəsini qızartının üzərinə qoyub 15 dəqiqə saxlayın.

Diş fırçası

Qızartı yaranmasının səbəbi həmin bölgəyə qan toplanmasıdır. İz qalan yerdə qan dövranını sürətləndirmək üçün oranı yeri diş fırçasıyla fırçalamaq işinizə yaraya bilər.

Qəpik üsulu

Qəpikləri bir neçə dəqiqə soyuducuda saxladıqdan sonra dərinin üstünə qoyun. Bəziləri bu üsulun çox ağrılı olduğunu söyləyir. Odur ki, diqqətli olmalısınız.

Diş məcunu

Diş məcununun sərinləşdirici təsiri dərinin altında qanı hərəkətə gətirir. Bu, iltihab və qırmızılığı aradan qaldırmağa kömək ola bilər.


Xəbəri paylaş

1 7998 dəfə oxunub.

Digər xəbərlər
22-09-2020, 10:37 Bu ərazidə su olmayacaq
17-03-2015, 14:00 İŞİD in yolu kəsildi

bütün xəbərlər
____ Instagram ___