Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda bu müəllimlər işdən çıxarılacaq
Tarix: 17-02-2017 | Saat: 15:21
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Azərbaycanda bu müəllimlər işdən çıxarılacaq


Müəllimlərin attestasiyasının keçirilməsi ilə bağlı Təhsil Nazirliyində İşçi qrup yaradılıb.

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov bildirib ki, həmin işçi qrupa müvafiq tapşırıqlar tapşırılıb: “Tapşırıqlardan biri də müəllimlərin hansısa formada qiymətləndirilməsi və qiymətləndirmənin nəticəsindən asılı olaraq işdə qalıb-qalmamağı məsələsinin gündəmə gətirilməsindən ibarətdir. Hazırda bu prosesin attestasiya ya sertifikasiya formasında icra ediləcəyi tam bəlli deyil”.

E.Bağırov bildirib ki, prezident İlham Əliyevin təsdiq etdiyi “ Azərbaycan Respublikasına təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda və strategiyanın icrası ilə bağlı fəaliyyət planında müəllimlərin sertifikasiyası da nəzərdə tutulub: “ Bu proseslə bağlı işlər həmin yaradılmış İşçi qrupuna həvalə edilib. Onların yekun təkliflərindən sonra ictimaiyyətə geniş məlumat veriləcək”.

E.Bağırov əlavə edib ki, attestasiyanın yekun nəticəsinə görə peşəkarlıq səviyyəsi yüksək olan müəllimlər işdə qalacaq, aşağı olanlar işdən azad olunacaqlar: “Diaqnostik qiymətləndirilmə ümumtəhsil məktəblərində dərs deyən yaxşı və zəif müəllimləri üzə çıxarmaq və zəif nəticə göstərən müəllimləri inkişafyönümlü təlimlərə yönəltmək məqsədilə həyata keçirilir. Yəni diaqnostik qiymətləndirmə keçirərək mövcud problemləri aşlar edirik, ondan sonra digər proseslər icra edilir. Attestasiya isə konkret peşəkarlıq səviyyəsi aşağı olan müəllimin işdən azad edilməsi ilə nəticələnməlidir. Bu, qanunvericilik tələbidir”.


Xəbəri paylaş

1 1668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___