Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda siqaret probleminin həlli ilə bağlı təklif var
Tarix: 17-02-2017 | Saat: 12:48
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər

Azərbaycanda siqaret probleminin həlli ilə bağlı təklif var


Tütün məhsullarının nağdsız satışı istehlak bazarında siqaret qıtlığı yaratmaqdadır. Belə ki, yeni qaydalara əsasən, tütün məhsullarının pərakəndə satışı istisna olmaqla, onların alqı-satqısı yalnız nağdsız şəkildə aparıla bilər. Təbii ki, aksiz markalı məhsulların, eləcə də tütün və siqaretin topdan satışının nağdsızlaşdırılması vacibdir. Bu, dövriyyənin leqallaşdırılması baxımdan əhəmiyyətlidir. Çünki siqaret bazarında dövriyyə o qədər böyükdür ki, onu hesablamaq və dövlət vergisinə cəlb etmək çətin idi. Amma şirkətlərin və eləcə də mağazaların bu prosesə hazır olmaması nəticədə qaçaqmalçıllıq yolu ilə ölkəyə daxil olan məhsulların mağazalara axınını stimullaşdırıır.

"Xəbəraz.az " xəbər verir ki, bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) rəhbəri, tanınmış iqtisadçı-ekspert Vüqar Bayramov bildirib.



İqtisadçı problemdən çıxış üçün təkliflər də irəli sürüb: "Əvvəla, nağdsız hesablaşmaların tətbiqi üçün keçid müddətinin müəyyənləşdirilməsinə ehtiyac var. Məsələn, qanunvericiliyə əsasən, sahibkarlara nağdsız hesablaşmaların tətbiqi üçün 6 ay hazırlıq vaxtı verilə bilər ki, bu müddətdə də xüsusən də mağazalar və supermarketlər prosesə hazırlaşarlar.

İkincisi, nağdsız hesablaşmalarla bağlı tələbin ən azı ilkin mərhələdə pilot olaraq Bakıda tətbiq edilməsi və daha sonra rayonlara transfer edilməsinə ehtiyac var. Nəinki ucqar rayonlarımızda, hətta paytaxta yaxın rayonlarda belə nağdsız hesablaşmalar vərdişi zəifdir. O baxımdan da, birinci mərhələdə Bakının pilot olaraq seçilməsi məqsədə uyğundur. Dövriyyənin əhəmiyyəli hissəsinin də Bakının payına düşdüyünü nəzərə alsaq, bu vəsaitlərin böyük hissəsinin leqallaşdırılması deməkdir.
Bu zaman, hökumətin rayonlar üçün nağd şəkildə topdan satılan siqaretlərin paytaxt mağazalarına pərakəndə daxil olmaması üçün də konkret nəzarət mexanizmlərinin işlənməsinə ehtiyac var.
Nəhayət, dövlət qurumlarının iri topdansatış siqaret müəssisələri ilə birbaşa danışıqlar aparmasına ehtiyac var. Dövlət qurumları bu problemi danışıqlar yolu ilə həll etməyə çalışmalıdır. Təbii ki, maarifləndirmə tədbirləri də diqqətdən kənarda qalmamalıdır".milli.az



Xəbəri paylaş

7688 dəfə oxunub.

Digər xəbərlər
17-02-2016, 14:41 İlham Əliyev Gəncədə

bütün xəbərlər
____ Instagram ___