Hər il milyonlarla insanı ÖLDÜRƏN SƏBƏB
Tarix: 16-02-2017 | Saat: 23:49
Bölmə:Karusel / Maraqlı / Foto-fakt | çapa göndər
Çirkli hava dünyada geniş yayılan ölüm səbəblərindən beşincisidir. ABŞ-ın “Health Effects” İnstitutunun mütəxəssisləri çirklənmiş havadan neçə insanın zərər çəkdiyini hesablayıblar. Məlum olub ki, 2015-ci ildə çirkli hava 4,2 milyon insanın ölümünə səbəb olub. Bu rəqəmin böyük hissəsi (2,2 milyon) Hindistan və Çinin payına düşür.
Çirkli hava Yer planeti sakinlərinin 92 faizinə pis təsir edir. Çirkli hava xərçəng, ürək-damar, xroniki respirator xəstəliklərinin yaranma riskini yüksəldir. Hindistan və Çinə gəldikdə isə burada çirkli havadan yaranan xəstəliklərin ölümlə nəticələnməsi daha çox müşahidə edilir. Bu ölkələrin hər birində ildə bir milyondan çox adam ölür.
Dünya Səhiyyə Təşkilatı müəyyən edib ki, havanın və torpağın çirklənməsi, kimyəvi maddələrin təsiri, iqlim dəyişikliyi və ultrabənövşəyi şüalanma səbəblərindən 100-dən çox xəstəlik və travma yaranır.
Səmərəsiz nəqliyyat növləri, yanacaq və zibilin yandırılması, kömürlə işləyən elektrik stansiyaları və sənaye müəssisələrinin fəaliyyəti ətraf mühiti daha çox çirkləndirir. Səhra ərazilərlə qonşu regionlarda toz qasırğaları da bu işə öz “töhfəsini” verir. (Azərtac)
Xəbəri paylaş
7238 dəfə oxunub.
Digər xəbərlər

3-07-2015, 02:45
Azərbaycanda tələbə və işçilərin bilik səviyyəsini yoxlamaq üçün İT məhsulu hazırlanıb.
25-12-2015, 11:17
Afrikada təyyarə bina ilə toqquşdu – VİDEO
25-07-2016, 14:45
Suriyada çəkilmiş bu kadrlar dünyanı şoka saldı — FOTO
6-08-2017, 13:23
Yenidən həccə getmək istəyənlər vergi verəcək - 535 dollar
24-09-2016, 10:33
“AZZA”dan oğurluq edildi - “Chivas Regal”
19-03-2016, 17:26
Gəlini şikəst edib, küçəyə atdılar - Dəhşətli ailə dramı
15-10-2016, 12:08
Çiçək: "Ərim mənə qadağa qoymuşdu" - FOTO
21-05-2015, 19:53
15 sakinin hər birinin ailəsinə 15 min manat veriləcək.
1-01-2021, 12:04
Kişilərin və qadınların pensiya yaşı AÇIQLANDI
28-08-2017, 18:39
İlham ƏIiyev köməkçisi ilə bağlı sərəncam verdi