“Naxçıvan” adından qanunsuz istifadə edən şirkətlər aşkarlandı
Tarix: 13-02-2017 | Saat: 22:48
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Bakıda fəaliyyət göstərən “Al-Sana” şirkətinin kolbasa məhsullarında və “Zəhmət-Ruzi” MMC-nin istehsal etdiyi “Sab” markalı süd məhsullarında coğrafi göstərici qismində “Naxçıvan” sözündən istifadə edilməsinə dair muxtar respublikada fəaliyyət göstərən analoji məhsulların istehsalçıları tərəfindən Naxçıvan Muxtar Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə müraciət edilib.
"Xəbəraz.az " xəbər verir ki, komitədən APA-ya verilən məlumata görə, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanuna əsasən coğrafi göstəricidən istifadə həmin ərazidə xidmət göstərən sahibkarlar üçün nəzərdə tutulur, əmtəə nişanları, coğrafi göstəricilər və ya onlarla qarışdırılacaq dərəcədə oxşar olan nişanlarla qeyri-qanuni təchiz olunan mallar kontrafakt məhsullar hesab edilir.
Məsələ ilə bağlı komitə tərəfindən daxili bazarda aparılan araşdırmalar zamanı müəyyən olunub ki, həqiqətən də “Al-Sana” və “Zəhmət-Ruzi” şirkətləri tərəfindən istehsal olunmuş bir sıra kolbasa və süd məhsulları müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan, qeyri-qanuni olaraq, Naxçıvan Muxtar Respublikası ilə əlaqəsi olmadan “Naxçıvan” adı ilə markalanıb.
“Bu qanunazidd əməl, ilk növbədə, məhsulun mənşə yeri ilə bağlı istehlakçıların aldadılmasına səbəb olmaqdadır. Digər tərəfdən isə bu kontrafakt məhsulların istehsalçılarının ad və mənşə yeri ilə bağlı qanunsuz əməllərinin eyni qaydada məhsulun keyfiyyət göstəricilərində də təkrarlanacağından ehtiyat edən yerli sahibkarlar uzun illər ərzində vicdanlı fəaliyyətləri ilə qazandıqları müştəri məmnunluğunu itirəcəklərindən ciddi narahatçılıq keçirməkdədirlər” deyə məlumatda bildirilir.
Məlumatda bildirilib ki, bu şirkətlərlə mübarizə üçün hüquqi prosedurlar başladılıb.
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

14-06-2016, 16:29
Telli Borçalı 17 yaş kiçik sevgilisi ilə ailə qurur - Foto
24-05-2023, 12:09
Boşanmaq istəyən arvadını gecə güddü, yataq otağına girdi: "Kimlərlə..." – Təfərrüat
18-05-2021, 13:35
Rasim Məmmədovun bacanağı niyə intihar etdi? - ŞOK TƏFƏRRÜAT/VİDEO
1-11-2016, 13:59
Səs-küylü qətlin məhkəməsi başladı - Fotolar
12-07-2022, 11:47
Ayağınızın altına soğan dilimi bağlayın - Xəstəlikdən xilas olun
26-07-2021, 11:21
Narkotik aludəçisi olan ananın uşağı əlindən alındı - Rəsmi açıqlama
26-08-2017, 10:28
Qəlbin səsindən və mənəviyyatdan doğan xeyirxahlıq. Bu gün Mehriban Əliyevanın ad günüdür
12-07-2016, 18:25
Ronaldo fanatlarına daha bir BƏD XƏBƏR
14-07-2015, 14:56
Hindistanda dini festival faciə ilə bitdi