Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bədəndəki xalları götürmək olarmı?
Tarix: 13-02-2017 | Saat: 22:25
Bölmə:Karusel / Maraqlı | çapa göndər

Bədəndəki xalları götürmək olarmı?



Bəzi insanlarda bədəninin müxtəlif nayihələrindəki, xüsusilə də üzdəki xallara görə komplekslər yaransa da, onları götürməyə risk etmirlər, daha böyük problemlərin yaranacağından ehtiyat edirlər.

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, dermatoveneroloq Sevinc Kərimovanın dediyinə görə, istənilən "ət xalı" dediyimiz dəri törəmələri xoş xassələli olsalar da, onlar törəmə sayılır və onkoloji xəstəliklər qrupuna daxil edilirlər.

S.Kərimovanın sözlərinə görə, "ət xalları"nın kriodestruksiya üsulu ilə dondurularaq, lazerlə və ya cərrahi yolla götürülməsi mümkündür və heç bir əks göstərişi yoxdur.

Həkim hesab edir ki, ümumiyyətlə, dəridə olan hər bir törəmə vaxtında - heç bir problem yaratmadığı zaman götürülməlidir: "Təbii ki, bütün dəri törəmələri bədxassəli deyil. Hemangioma da, papilloma da xoşxassəlidir. Müəyyən hallarda bazaliomaların gələcəkdə xərçəngə çevrilməsi riski varsa, onların da "sakit" vaxtı, heç bir problem yaratmadığı zaman götürülməsi məsləhətdir. Çox zaman xəstəyə "ət xalları"nın kriodestruksiya üsulu ilə götürülməsi təklif edildikdə, o, panikaya düşür, qorxur. Amma əgər bu, törəmədirsə, zaman-zaman mexaniki zədə alırsa, onu mütləq götürmək lazımdır. Çünki o, həmin vaxt bədxassəli olmasa belə, şişdir. Xoş və ya bədxassəli olmasından asılı olmayaraq isə onun vaxtında götürülməsi məsləhətdir".

S.Kərimovanın sözlərinə görə, bəzi hallarda pasiyent müraciət edir ki, xal heç bir zədə almasa və qaşınmasa da, öz-özünə qanayır: "Həmin əlamət artıq xərçəngə keçid üçün siqnaldır. Xal travma alaraq qanaya bilər, amma mexaniki zədə almadan qanayırsa, üstünü yara bağlayırsa, bu, artıq o deməkdir ki, orada aktiv hüceyrələr tapılacaq. 99 faiz halda öz-özünə qanayan xallarda xərçəng hüceyrələri tapılır".

S.Kərimova qeyd edib ki, istənilən "ət xalı" dediyimiz dəri törəmələri onkoloji xəstəliklər qrupuna daxil edildiyinə görə onların üzərində lazer epilyasiyasının aparılması məsləhət görülmür. Çünki lazer şüasının təsirindən belə xalların sayı daha da arta bilər. Bu halda onların bədxassəli şişlərə çevirilməsi riski də yaranır: "Müəyyən xallar var ki, "sakit" olsa da, xərçəng adlandırılmasa da, xərçəngönü sayılır. Yəni gələcəkdə onun xərçəngə çevrilməsi riski var. Ona görə də onların üzərinə şüa vurub bu prosesi daha da sürətləndirmək olmaz. Bu səbəbdən xallar olduqda epilyasiyanın edilməsi qəti qadağandır".

S.Kərimova bildirib ki, qırmızı xallar dərini qidalandıran xırda kapilyarların divarından inkişaf edən törəmə olduğu üçün qırmızı rəngdədir: "Bunlar həm də hemangioma xallardır. Onlara da lazer terapiyası olmaz. Çünki bu prosesin təsirindən damarlar daha da genişlənir və bununla prosesi daha da dərinləşdirmişik oluruq".


Xəbəri paylaş

7268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___