“Korvalol”, “Sitramon” satışına məhdudiyyət qoyulub?
Tarix: 13-02-2017 | Saat: 18:06
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər
Topdansatış əczaçılıq müəssisələri tərəfindən dərman vasitələrinin, o cümlədən “Korvalol”, “Pişikotu ekstraktı”, “Sitramon” və digər dərmanların satışına heç bir məhdudiyyət tətbiq edilmir.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə “Paşa-K”, “Zeytun Pharmaceuticals”, “Azərimed” əczaçılıq şirkətlərindən topdansatış əczaçılıq müəssisələri tərəfindən dərman vasitələrinin satışa buraxılmaması ilə bağlı yayılan məlumatları şərh edərkən bildiriblər.
Qeyd olunub ki, ölkə ərazisində 2000-dən artıq aptek fəaliyyət göstərir və 10-15 aptekdə hər hansı bir dərman vasitəsinin olmaması, ümumilikdə həmin dərmanın olmaması anlamını vermir:
“Milli valyutanın məzənnəsində olan qısamüddətli dəyişikliklər onların topdansatış qiymətinə təsir etmir. Dərman vasitələri dövlət tərəfindən tənzimlənmiş qiymətlərlə satılır və hər hansı bir dərman vasitəsinin idxalında çətinlik yarandıqda alternativ dərman vasitələrinin idxalı həyata keçirilir. Eyni zamanda, dərman vasitəsinin həkim reseptində qeyd edilmış təsiredici maddəsinə əsasən, aptek təşkilatlarında alıcılara müxtəlif ticarət adlarında olan eyni tərkibə malik dərman vasitələri təklif olunur”.
Bununla yanaşı bildirilir ki, hər hansı aptek tərəfindən bəzi dərman vasitələrinin sifariş verilməməsi və yaxud dərman vasitəsinin yeni partiyalarının idxalındakı müvəqqəti yubanmalar topdansatış əczaçılıq müəssisələrinin dərman vasitələrini satışa buraxmaması anlamını vermir və apteklər topdansatış müəssisələr tərəfindən onların sifarışı əsasında dərman vasitələri ilə təmin olunur.
Xəbəri paylaş
6828 dəfə oxunub.
Digər xəbərlər

9-07-2018, 11:45
Gələn ayın qeyri-iş günləri AÇIQLANDI
7-04-2015, 15:59
Əməkdar artist: Kişi çoxarvadlı ola bilər
2-07-2015, 10:38
Madonnanın klipinin kadrarxası görüntüləri yayımlanıb - VİDEO/FOTO
19-02-2022, 13:41
Ramiz Mehdiyevin istefa ərizəsi QƏBUL OLUNDU
30-05-2019, 11:15
Tək yaşayan 81 yaşlı kişi özünü asdı
22-03-2023, 18:14
Bakıda 19 dərəcə isti olacaq, rayonlarda isə... - PROQNOZ
23-07-2018, 22:38
"Soyunmuram deyə, gündəmdə yoxam".-Şəbnəm Qəhrəmanova
11-07-2019, 21:11
Polis rəisinin oğlunun ölüm səbəbi - TƏFƏRRÜAT
16-10-2015, 20:48
Saakaşvili Odessa Gömrüyünə xanım rəhbər təyin etdi
29-04-2019, 12:30
İsgəndər Həmidov Nemət Pənahlının səs yazısına CAVAB VERDİ - "Nemət Pənahlı elə söz deyibsə, yaxşı edib"