Gürcüstanda yaşayan azərbaycanlılar etiraz aksiyası keçirib - FOTO
Tarix: 12-02-2017 | Saat: 00:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər
Gürcüstanın Marneuli rayonunda azərbaycanlıların kompakt yaşadığı, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndində etiraz aksiyası keçirilib.
"Xəbəraz.az " xəbər verir ki, aksiyaya səbəb kimi kənd yollarının acınacaqlı vəziyyətdə olması göstərilib.
Etirazçılar bildiriblər ki, yağıntılı havalarda yolda hərəkət mümkün olmur. Kənd mərkəzinə toplaşan sakinlər deyib ki, hətta maşınların da yoldan keçməsi mümkün deyil: "Kəndə xəstələr üçün çağırılan təcili yardım maşınları da yolda qalır".
Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev sərhəd kəndi olan Təzəkəndin yollarının bərbad vəziyyətdə olduğunu təsdiq edib, bunun içməli su xəttinin çəkilişi ilə bağlı olduğunu bildirib: "İçməli su xətti çəkmək üçün qazıntı işləri apardıq və birdən-birə hava şəraiti dəyişdi. Hava şəraiti yaxşılaşan kimi içməli su xəttinin çəkilişi başa çatdırılacaq və müvafiq strukturlar kənd yollarına çınqıl tökəcək, gediş-gəlişi yaxşılaşacaq".
Bələdiyyə sədri əlavə edib ki, Ermənistanla sərhəddə yerləşən Təzəkənd kəndinin kəndarası yollarına 2018-ci ildə asfalt örtük döşənəcəyi gözlənilir.
Xəbəri paylaş
7748 dəfə oxunub.
Digər xəbərlər

13-05-2017, 13:18
Xalq artistinin ərə gedəcəyi kişi evli imiş – AD AÇIQLANDI - FOTO
15-08-2020, 10:56
Eldar Həsənovun hüquqlarını vəkil Adil İsmayılov müdafiə edəcək
4-09-2020, 12:29
Vilayət Eyvazov DYP-yə yeni rəis TƏYİN ETDİ
19-01-2018, 17:09
38 yaşlı çoban 4 uşağının gözü qarşıda öldürüldü - YENİLƏNİB - VİDEO
24-07-2016, 22:07
Almaniyada növbəti terakt: 1 nəfər öldü
30-11-2017, 16:28
Azərbaycanda sabiq deputat VƏFAT ETDİ
28-08-2016, 22:10
Erməni qızı Los-Ancelesdə özünü zəncirlədi - Foto
24-02-2016, 08:37
Yelləncəkdəki qızın alt paltarını çəkdi və... - VİDEO
24-05-2016, 16:21
Feysbuk daha bir yeniliyə imza atdı