Alimlər xəbərdar edir: "Düyünü səhv bişirirsiniz!"
Tarix: 11-02-2017 | Saat: 19:26
Bölmə:Karusel / Maraqlı | çapa göndər
Dünyada milyonlarla insanın istehlak etdiyi düyü plovu böyük təhlükəyə səbəb olur. Aparılan son araşdırmalar nəticəsində, düzgün qaydada bişirilməyən düyünün yüksək səviyyədə arsenə malik olduğunu ortaya çıxıb.
"Xəbəraz.az " bildirir ki, alimlər düyü plovunu hazırlayanda düyünü islatmadan qaynatmağın sağlamlığa zərərli ola biləcəyi barədə xəbərdarlıq edir. Son araşdırmalar geniş yayılmış bir metod kimi, düyünü qazanda suyu çəkilənə qədər bişirməyin ürək xəstəliklərinə, diabetə, hətta xərçəngə səbəb ola biləcəyini sübut edib.
Çünki düyü tarlalarında istifadə olunan zəhərlər və həşərat dərmanları ilə qablaşdırılan düyü dənələrinin üzərində arsen izinə rast gəlinir. Düzgün üsulla bişirilmədiyi təqdirdə, bu zəhərin təmizlənməsi mümkün olmur.
Belfastdakı Kraliça Universitetinin bioloji elmlər professoru Endi Meharq BBC televiziyasında iştirak etdiyi bir proqramda sağlam plov bişirmə üsulları ilə bağlı məlumat verib. Aparılan araşdırmaya görə, düyü ancaq bir gecə əvvəldən suda saxlanılsa zəhər təmizlənə bilər.
Professor Meharq üç bişirmə növünü müqayisə edərək, düyüdəki arsen nisbətlərini ölçüb.
İlk olaraq geniş yayılmış plov bişirmə üsulunu istifadə edərək, yəni bir qab düyüyə, iki qab su tökərək düyü qaynadılır. Bu üsulun yekununda Meharq arsenin çoxunun düyüdə qalmasına rast gəldiklərini bildirib.
O, bir qab düyüyə beş qab su tökdükdən sonra, bişirilən düyüdə isə arsen nisbətinin yarıya qədər azaldığını qeyd edib.
Nəhayət bir gecə əvvəldən isladılan düyüdə isə zəhərin 80% azaldığı ortaya çıxıb.
Endi Meharq hesab edir ki, ən etibarlı plov bişirmə üsulu düyünü bir gecə əvvəlcədən islatmaq, ertəsi gün yaxşıca yumaq və yaxaladıqdan sonra bir qab düyünü 5 qab suda qaynatmaqla bişirməkdir.
Xəbəri paylaş
8178 dəfə oxunub.
Digər xəbərlər

13-12-2021, 08:27
Bakıda ağır yol qəzası baş verib, xəsarət alanlar var - FOTO
26-10-2018, 11:40
Azərbaycanda keçmiş polisi namaz qılarkən arvadı bıçaqladı? - ŞOK İDDİA
7-10-2016, 00:12
Oğuzda kəndə hücum edən ayını "tok" vurub öldürdü - VİDEO - FOTO
10-05-2016, 06:28
Türkiyə sərhədlərini PUA-lar qoruyacaq
5-06-2018, 14:52
Dünyanın ən varlı adamları – 84-cü azərbaycanlıdır
27-04-2019, 00:16
Polkovnik qızını intihara sürükləyən direktor işdən çıxarıldı - Keçmiş deputatın anasıdır
14-03-2017, 11:40
SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: Bakıda bu yollarda sıxlıq olacaq
5-03-2020, 20:26
İcra başçısı iki müavini işdən çıxardı
23-03-2015, 12:48
Qubaya 35 sm qar yağdı