Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Müğənniyə heç yerdə hörmət yoxdur, gözəl xanımsansa..." - FOTO
Tarix: 09-02-2017 | Saat: 15:47
Bölmə:Karusel / Şou-Biznes / Fotogalereya / Müsahibə | çapa göndər

"Müğənniyə heç yerdə hörmət yoxdur, gözəl xanımsansa..." - FOTO


Eks-müğənni Mehin Hümbətovanın müsahibəsini təqdim edirik.

- Siz "Xalq ulduzu - 3" yarışmasının 3-cüsü olduz, müğənni kimi fəaliyyət göstərdiz. İndi isə bu sənətdən uzaqlaşmısız. Səbəbi nədir?

- Yarışmaya qədər müğənni kimi fəaliyyət göstərmişəm, ancaq efirlərə çıxmamışam. Bülbül adına Musiqi Məktəbini 11 il oxumuşam, Mehriban xanım Əliyeva ilə birgə YUNESKO-nun tədbirlərinə səfər etmişəm. Amma "Xalq ulduzu" yarışmasında ilk dəfə efirə çıxmağa başladım. Müsabiqəyə qatılmağım barədə Kamil Cəfərov mənə təklif irəli sürdü. Anama dedim, razılaşdı. Müsabiqəyə getdim, getməz olaydım (gülür).

- Niyə belə dediz?

- Ümumiyyətlə, indiki ağlım olsa, efirə heç vaxt çıxmazdım. Bizdə bu sənəti çox cılızlaşdırıblar. Tamaşaçı tərəfindən yaxşı və pis oxuyan ifaçılara mənfi və cılız biri kimi baxırlar. Hamını - çürüyü və sağlamı bir səbətə qatırlar.

- Sadaladığınız bu səbəblərə görə daha müğənni kimi fəaliyyət göstərmirsiz?

- Hardasa... Müğənniyə heç yerdə hörmət yoxdur. Gözəl xanımsansa, hamı sənə ağzı açıq baxır. İncəsənət aləmində olan xanımlara və kişilərə yaxşı hörmət bəsləmirlər.

- Təkcə müğənnilərə? Digər peşədə çalışan gözəl xanımlara belə o cür baxanlar var...

- Məsələn, həkim xanımı görəndə "nə gözəl xanımdır" deyirlər. Buna müəllimə və başqa peşələri misal çəkə bilərəm. Amma gözəl müğənni görən kimi yanaşma fərqli olur. Onlara başqa fikirlə yanaşırlar.

- Yarışmaya neçə yaşınızda qatılmısız?

- "Xalq ulduzu"na gələndə 16 yaşım var idi. İndi 23 yaşım var. Müsabiqə vaxtı yaşım çox az idi. Cavan qız idim, təzə kadr və maraqlı simaydım. Düşünürdülər ki, məni əldə eləmək daha rahat olacaq. "Xalq ulduzu"nda olanda elə adamlar ATV və "SOY" prodakşına zənglər edirdilər ki,.. Deyirdilər o qızı birinci edirik. Prodüserlər mənə başa salırdılar ki, bunun arxasında başqa şeylər var. Hamısı məndən asılıdır. Hər dəfə "yox" dedim. 3-cülüyü anam və dostlarımın köməyi ilə qazandım.

- Bir məsələ də var ki, xalq və bəstəkar mahnılarının ifaçıları fərqli geyinən kimi cəmiyyətdə qıcıq yaranır. Siz isə ifa etdiyiniz janrdan fərqli bir geyim üslubuna maliksiz... Elə bir ənənəni pozmusuz.

- Mən də uzun geyimlərdən istifadə edirəm. Ancaq hər şeyin öz yeri var. Bizdə xanəndələr toya, yasa, konsertə uzun geyinirlər. Dizdən aşağı geyin, klassik və gözəl görün. Hər dəfə uzun ətəkli libas geyinmək məcburiyyətində deyillər. Bizim xanəndələr zövqdən kasaddırlar. Əksəriyyəti belədir...

- Eynəyi imic üçün istifadə edirsiz?

- Xeyr, optikdir. İmic olaraq kənarlarını seçdim, iynədən qorxuram, əməliyyat etdirməyə risk etmirəm. Bu səbəbdən eynək taxıram.

- Oxumaq üçün darıxmırsız?

- Səhnəyə çıxmaq üçün darıxmıram, darıxmayacam da. Amma içimdən oxumaq gəlir. Gedirəm karaokeyə, ürəyimi boşaldıram. Bu yaxınlarda bir neçə layihə təklifləri gəldi, amma razılaşmadım. Fikirləşdim ki, başımı güclə götürüb çıxdım aradan...

Anam deyir ki, ağlında yaxşı layihə varsa, et, çəkinmə! Qismət...

- İndi nə işlə məşğulsuz?

- Heydər Əliyev adına Sarayda rejissoram. Müəyyən iş saatı var, hətta tədbirlər olur, bu saatdan artıq işdə qalırıq. Tədbir olur, səhəri isə tədbirlərin sənədləşməsi gedir. Hər şey qayda-qanunla reallaşır. Səhnədə işığın düşmə bucağından tutmuş, rəqqəsın səhnədə bölünməsindən, dekorasiyasından rejissor birbaşa cavabdehdir. Hər zaman dövlət işində çalışmaq istəmişəm. Anam isə incəsənət sahəsində çalışmağımı istəyirdi. İndi isə elə oldu ki, həm incəsənət, həm də dövlət işində çalışıram.

- Ananız, deyəsən, qızlarını ancaq incəsənət sahəsində görmək istəyib...

- Özü dövlət işində çalışır, ağır bir strukturdadır. Elə düşünürdü ki, incəsənət sahəsi yüngül və mülayimdir. Amma incəsənət sən demə, digər sahələrdən ağır imiş...

- Ananız sizi incəsənətdə görmək istəyir, amma buradakı problemləri ona danışmısız? Reaksiyası necə oldu?

- Hər zaman deyib ki, özünü orda görürsənsə, qal. Yox, əgər özünə sığışdırmadığın, layiq görmədiyin şeylər varsa, ona uyğun addım at. Anam bizə dəstək olub. Problemlərimizi belə bizimlə yaşayır. Karyera bizimdir, o səbəbdən ixtiyarı bizə verib.

- Sarayda çox konsertlər keçirilir. Bacınız isə Günel Hümbətovadır. Elə olub ki, Güneli orda aparıcı olmaq üçün tövsiyə etmisiz?

- Sarayda yeni işçi idim. Konsert təşkil etmişdik və konsertin aparıcısı kimi Güneli dəvət etdik. İlk konsertimi o apardı, Bakıya yeni gəlmişdi. Onu sarayın qayda-qanunları çərçivəsində addım atacağını dedim. Bizdə çox şeyə icazə yoxdur. Geyim, danışıq və s. Hər şey qaydasında olmuşdu. Hətta onun mətnini belə özüm yazmışdım. Onu çərçivəyə salmışdım (gülür).

- İş zamanı sizi görmüşük, kənardan çox aqressiv görünürdüz...

- Çalışıram ki, heç kəsin xətrinə dəyməyim. Çox tələbkaram, hamıdan iş tələb edirəm. Başa düşürəm ki, daha sonra həmin işləri məndən tələb edən olacaq. Öz işimin məsuliyyətini daşıyıram. Bir müğənninin üstünə qışqırmışdım. Bizim səhnədə danışığa icazə yoxdur, format belədir. Müğənni salamlaşıb səhnədə mahnı oxumalıdır, sonra baş əyib çıxmalıdır. Müğənni diplomat deyil ki, çox danışa! Bizim sənətçilər danışmağı çox sevirlər. Bir dəfə müğənni səhnəyə çıxan zaman elə rahat danışır ki,.. Qışqırdım ki, danışma, oxu! Çıxıb üzr istədi, amma qaydaya əməl etmək lazımdır. Deyir ki, tamaşaçı bizim danışmağımızı istəyir. Belə şeylər olanda aqressivləşirəm.

- Etiraf edək ki, müğənni kimi çox uğur qazanmadız. Yadda qalan bir mahnınız belə yoxdur. Ancaq simanız yaddaşlardan silinməyib.

- Düzdü, amma klip çəkdirdim. İfa etdiyim janrdan kənara çıxdım. Xaus tipli mahnı ifa etdim. Kanallarda yayımlandı. Yayın cırhacırında klip çəkmişik, mahnı da klub janrında idi. Yayda camaat nə geyinmişdisə, mən də onu geymişdim. Şort və s. Vəssalam, saytlar xəbər yazmağa başladı. Xeyli baxış yığdı, nədi-nədi klipdə şort geyinmişəm. Bizim bədbəxtliyimiz budur. Beyons çimərlik geyimində səhnəyə çıxır, hamı "vau" deyib baxır. Hamı deyir ki, görün, necə performans göstərdi. Ancaq bizim müğənnilər çimərlik geyimdə çıxdısa, vəssalam! Günay İbrahimli çimərlik geyimində klip çəkdirdi, hamı ağzına gələni yazdı. Əslində, cəmiyyətimiz belə şeylərə hazırdır. Amma bizimkilərdən belə şeyləri qəbul etmirlər.

Yadda qalmağımın səbəbi isə bəlkə də, adım olub. Mehin adlı bir ifaçı tanımıram. Simam yadda qalandır. Saçlarıma görə deməzdim. Hamı bu saç modelimi görüb "Röya" (Red: Röya Ayxan) deyə müraciət edirdi. Məktəb vaxtı yolda məni görüb belə deyənlər də olurdu. Niyə Röya? Çünki onların gördüyü Röyadır. Uitni Hyuston görməyiblər, xəbərləri yoxdur. Onu da deyim ki, indi qara camaatın sevdiyi musiqilər daha məşhurdur. Ara mahnılar daha çox gündəmdədir. İndiki gənclərin zövqü budur.

- Hansı muğam ifaçılarını bəyənirsiz? Gənclərdən Gülay Zeynallı daha populyardır.

-Gülay muğam ifaçısı deyil. O, xalq və bəstəkar mahnılaır ifa edir. Gülay efirlərdə az muğam oxuyur. Bir dəfə Murad Arifin verilişində duelə çıxmışdıq. İlk dəfə mən muğam orda Gülaya cavab kimi oxudum. Muğam şöbəsini bitirmişəm, amma muğam çox az oxumuşam.

- 90-cı illərin sonunda bu tərzdə geyinən müğənnilər olub, amma belə müzakirə olunmayıb...

- Bəli, o vaxtlar elit təbəqə var idi, indi isə yoxdur. Cılızlaşma gedir, rus və ingilis dilini bilən təbəqə çox azdır. Bilmirəm, rayondan gələnlər çoxdur? Cavanlarımızda qıtlaşma gedir, dünya görüşləri yoxdur. "Onlarla hansı mövzuda danışaq?" "İnstaqramda filan qız şəkil qoydu, "like" qoydum", "girim fotosuna rəy yazım", "Fərda özünü başqasına oxşatdı". Əksəriyyət belə mövzularda müzakirə aparır. Oturub qəlyan çəkirlər, fotolara şərh yazırlar. Onların həyatda məqsədi nədir? Necə ailə saxlayacaqlar? Bundan əlavə, necə ailə başçısı, kişi olacaqlar?

- Bir müddət mətbuat sizin üzərinizə daha çox fokslanmışdı. Məşqdən bir foto paylaşdığınız anda xəbərlər yazılırdı, müzakirə olunurdu.

- Mətbuatın əksəriyyəti instaqram və digər sosial media üzərində qurulub. Məsələn, hansısa müğənni özəl olaraq sosial şəbəkədə məlumatını paylaşır, hamısı yazır. İndi daha belə deyil, zəmanə dəyişib. Ona görə də, "Mehin topikdə şəkil paylaşdı", "Mehin 55 kq çəki qaldırdı" kimi başlıqlarla xəbər paylaşırdılar. Bilirdilər ki, camaat belə şeylərdən qıcıqlanır, tezcə şərh yazacaqlar, paylaşacaqlar, müzakirə edəcəklər. Onlar üçün idman zalında olan şəxsin kimliyinin fərqi yoxdur. Əsas şəklin mövzusudur, insanları qıcıqlandırmağı sevirlər. Mən toya getmirəm, məclis tutmuram, oxumuram, reklam istəmirəm. Niyə şəklimi paylaşıb məni reklam edirsiz? Peşman idim ki, Günellə mən donda şəkil paylaşaq... Başlığı "Şəhid qızı "platya" geyindi" qoyurdular. Bu qədər şəhidi ucuzlaşdırmaq olar? Mənliyiniz buna necə yol verir? Şəhidlik bir zirvədir, belə ucuzlaşmasınlar. Şəhidin qızı "platya" geyinə, istirahət edə bilməz? Əslində şəhidin qızı belə yaşamalıdır. Çünki onların atası sizin uğrunuzda canını tapşırıb. Belə söhbətləri ucuzlaşdırmaq olmaz.

- İnstaqram-da sizi 85 min insan izləyir. Yəqin ki, tənqid edənlər də var.

- Son vaxtlar mənfi şərhlər azalıb. Bir neçə müğənninin onları cəzalandırmasından irəli gəlir? Səbəbini bilmirəm. Onların gözləri qorxub? Deyim ki, problemləri çoxdur? Xeyr, problem hər zaman olub. Çox xoş haldı, amma öz adıma danışıram, bu cür rəylər yazılmır. Yaxın rəfiqələrim var, aktrisadılar. Onlar deyirlər ki, bu cür şərhlərin əlindən foto paylaşa bilmirlər. İnsandan insana, şəkildən şəklə fərq var. Özüm də müşahidə etmişəm, üzdə olan xanımlara yazılan rəyləri oxuyuram. Elə şeylərə ilişib rəy yazırlar ki,.. Şoka düşürəm, sizin nəyinizə lazım? Özü bilər, nə edir, özü üçün edir. Mənə xoş olmayan insanı izləmərəm. Sizə neqativ enerji verən insanı niyə izləyirsiz? Xanımlarda daha çox mənfi rəylərə rast gəlirik.

- İndi sosial şəbəkələr insanlara daha çox neqativ enerji ötürür. Bu aləmdən uzaqlaşmaq barədə düşünmürsüz?

- Bir müddət əvvəl instaqram səhifəmi bağlamışdım. O vaxtlar instaqramı çox adam istifadə etmirdi, məni isə kifayət qədər insan izləyirdi. O ərəfdə 10 mindən çox izləyicim var idi, bezdim, bağladım. Başım sakit idi, beynim də dincəldi. Bir müddət sonra darıxdım, istədim ki, nəsə paylaşım. Elə olur ki, votsapımı silirəm. Tədbirlərin bol vaxtı hamı mesaj atır və s.

- Ailə qurmaq barədə düşünmürsüz?

- Yox, bu barədə düşünmürəm. Özümü tam olaraq həyatda tutmamışam. Psixoloji olaraq hazır deyiləm. Evdə 5 qulluqçu belə işləsə, həyat yoldaşının nazını qadın çəkməlidir. Oliqarxa ərə getsən belə onun kaprizlərini sən çəkməlisən.

- Bacınız Günel evləndi, ABŞ-a köçdü. Siz xarici bir vətəndaşla ailə həyatı qurardız?

- Anamı qoyub getmərəm. Belə şanslarım çox olub. Təhsilim barədə... Ancaq anamı tək qoya bilmərəm. Evin kiçik qızı deyiləm, 15 yaşlı bacım var. İndi yük mənə düşüb. Günel başqa bir ailənin xanımıdır...

- Ailə qurmaq planla olur?

- İnsana baxır... Elə insan var ki, özünü psixoloji cəhətdən hazırlayır. Mənim ailə qurmaqdan əvvəl müəyyən zirvə fəth edəcək məqsədlərim yoxdur. Bir qədər qismətə bağlayıram. Düşünürəm ki, qarşına çıxacaq hər kəsə "yox" demək olmaz. Məqsədindəki zirvəni fəth etdikdən sonra tək qala bilərsən. Yaxşı bir deyim var: "sən karyeranı qucaqlayıb yatmayacaqsan". Bəlkə də tam ürəyimcə olan biri yoxdur. Bu səbəbdən belə düşünürəm. Amma yenə də, 26 yaşımda ailə qurmaq barədə düşünəcəm. Gərək həmin insan mənim kimi düşünsün. Həmyaşıdlarıma baxıram, Allah göstərməsin. Gərək 30-32 yaşlı biri ilə evlənərəm, öz yaşıdlarımla evlənə bilmərəm.qafqazinfo

"Müğənniyə heç yerdə hörmət yoxdur, gözəl xanımsansa..." - FOTO
"Müğənniyə heç yerdə hörmət yoxdur, gözəl xanımsansa..." - FOTO


Xəbəri paylaş

9048 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___