Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Həyətə çıxa bilmirik, it bizi yeyir" - FOTOLAR
Tarix: 07-02-2017 | Saat: 10:54
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

"Həyətə çıxa bilmirik, it bizi yeyir" - FOTOLAR


Bakının Qaradağ rayonunda, "Qurd qapısı" qəbristanlığının yaxınlığında yerləşən yaşayış sahəsi nəhəng zibil poliqonuna çevrilib. Qəsəbənin ərazisinə hər gün paytaxtın müxtəlif rayonlarından gələn yük maşınları zibil boşaldır. Digər tərəfdən, kanalizasiya sistemi quraşdırılmadığından, axan sular onsuz da yamacda yerləşən yaşayış sahəsini sürüşmə təhlükəsi ilə üz-üzə qoyub.



"Xəbəraz.az " xəbər verir ki, sakinlərin virtualaz-a bildirdiklərinə görə, xüsusən yay aylarında burada yaşamaq çətinləşir. Bir tərəfdən zibillikdən gələn leş qoxusu, digər tərəfdən də sahibsiz itlər qəsəbə sakinlərinin kabusuna çevrilib.

Evi zibilliyin kənarında yerləşən paytaxt sakini Rəna xanım deyir ki, buraya ailəsi ilə birlikdə 4-5 il olar köçüblər. Amma həmin müddət ərzində nə bu zibillik, nə də sahibsiz küçə itləri ilə bağlı aidiyyatı orqanlar tərəfindən tədbir görən olub:



"Həyətə çıxa bilmirik, it bizi yeyir. Bir yandan qəbristanlıq, o biri yandan zibillik, vallah, canımız boğazımıza yığılıb. Səhər itlərin əlindən uşağı yoldan məktəbə yola sala bilmirəm, qonşunun həyətindən istifadə edirəm. Zibilə görə hər gün buralarda ən azı 8-9 it fırlanır. İtlərin əlindən qorxudan gecə küçəyə çıxa bilmirik".

Şikayətçi deyir ki, özü ötən il sahibsiz itlərin hücumuna da məruz qalıb.



"Ötən il həyətimdə küçə iti əlimdən dişlədi, 3-4 dəfə gedib vaksin vurdurdum ki, xəstəlik keçməsin. Məcburuq, dolanışıq üçün toyuq-cücə saxlayaq, itlərin əlindən onları da saxlaya bilmirik. Açıb buraxan kimi it yeyir. Bütün qonşular bu zibilliyin və itlərin əlindən beziblər", - deyə Rəna xanım bildirir.

Sakinlər deyirlər ki, əgər buraya zibil tökülməsə, sahibsiz itlər də bu qədər meydan sulamaz. Zibillərin yığılması üçün dəfələrlə müvafiq orqanlara şikayət etsələr də, baxan yoxdur. Yalnız iki il əvvəl - Avropa Oyunları ərəfəsində buraya zibil tökülməsi dayandırılıb və zibillərin üstünü basdırıblar. Amma sonradan qəsəbə yenə əvvəlki vəziyyətinə qayıdıb. Şikayətçilər bildirirlər ki, buraya zibillər əksər hallarda gecələr, sakinlər yatandan sonra tökülür.



Şikayətçilərin sözlərinə görə, öz vəsaitləri hesabına qaz və elektrik xətti çəksələr də, kanalizasiya çəkməyə maddi imkanları çatmayıb. Kanalizasiya olmadığından, onsuz da yamacda yerləşən qəsəbədə sürüşmə intensivləşib. Evlərdən axan çirkab suların təsirindən torpaq sürüşür, evlərdə iri çatlar yaranır.



"Evimizin gününə baxın, 4 ilin tikilisinə oxşayır? Hər yeri para-paradır. Çox çətindir, bu şəraitdə insan yaşayar? Kanalizasiya çəkdirməyə imkanımız yoxdur. Bizim imkanımız yoxdur, icra hakimiyyəti də maraqlanmır. Ona görə də 4-5 ilin evləri çat-çatdır, elə qonşular var ki, evlərində iri yarğanlar yaranıb, yamamaqdan yorulmuşuq", - deyə paytaxt sakini şikayətlənir.

"Həyətə çıxa bilmirik, it bizi yeyir" - FOTOLAR
"Həyətə çıxa bilmirik, it bizi yeyir" - FOTOLAR
"Həyətə çıxa bilmirik, it bizi yeyir" - FOTOLAR


Xəbəri paylaş

6428 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___