Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Şəhid Çingiz Qurbanovun anasının fəryadı hər kəsi kövrəltdi - VİDEO
Tarix: 06-02-2017 | Saat: 14:42
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər

Şəhid Çingiz Qurbanovun anasının fəryadı hər kəsi kövrəltdi - VİDEO


2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovla bu gün vida mərasimi keçirilib.

"Xəbəraz.az "xəbər verir ki, vida mərasimində müdafiə naziri general-polkovnik Zakir Həsənov, Azərbaycanın Milli Qəhrəmanı, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Mədət Quliyev, yüksək rütbəli hərbçilər, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak ediblər.

Vida mərasimindən sonra şəhidin ailəsi onun tabutu önünə toplaşıblar. Çingiz Qurbanovun anasının fəryadı isə zaldakı insanları da kövrəldib.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Həmin görüntüləri təqdim edirik:



Xəbəri paylaş

1 0708 dəfə oxunub.

Digər xəbərlər
29-12-2022, 15:28 CÜTLÜK CİNAYƏTKAR!

bütün xəbərlər
____ Instagram ___