Şübhəli müsəlmanlar ABŞ-a buraxılmayacaq
Tarix: 05-02-2017 | Saat: 09:57
Bölmə:Karusel / Siyasət / Dünya | çapa göndər
ABŞ prezidenti Donald Trampın miqrasiya barədə fərmanının şamil edildiyi ölkələrin şübhəli hesab olunan vətəndaşları ölkə ərazisinə buraxılmayacaqlar. APA-nın xəbərinə görə, bu barədə “Röyters”ə Daxili Təhlükəsizlik Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Məlumata görə, nazirlik bu fərmanın tezliklə icrasına dair təcili tədbirlər planı hazırlayacaq.
Xatırladaq ki, D. Tramp İraq, İran, Suriya, Sudan, Yəmən. Liviya və Somali vətəndaşlarının 90 gün ərzində ABŞ-a daxil olmasının qadağan edilməsi barədə fərman imzalayıb. Bundan əlavə, D. Tramp qaçqınların ABŞ-da yerləşdirilməsi barədə proqramı 120 gün müddətində dayandırıb.
Fərman geniş etirazlara səbəb olub. ABŞ-ın 15 ştatının baş prokuroru Trampın bu qərarını qanunsuz adlandırıb.
Qeyd edək ki, ötən gün ABŞ-ın Siettl federal məhkəməsi prezident Donald Trampın miqrasiya siyasətini sərtləşdirən fərmanının icrasını müvəqqəti təxirə salıb. Qərar Vaşinqton və Minnesota ştatları tərəfindən qaldırılan iddia əsasında hakim Ceyms Robart tərəfindən qəbul olunub. Bütün ölkə ərazisində qüvvədə olan məhkəmə qərarı ABŞ hökumətinə yeni fərmanın şamil olunduğu şəxslərin deportasiyasını qadağan edir.
Xəbəri paylaş
5988 dəfə oxunub.
Digər xəbərlər

28-08-2020, 15:28
Fikrət Məmmədov deputatın qardaşına yüksək VƏZİFƏ VERDİ
3-06-2015, 11:56
İctimaiyyət üçün bağlı olacaq bu yarış iyunun 6-da axşam saat 20:00-da başlayacaq.Sınaq olacaq
25-03-2015, 14:41
Məşhur aktrisa vəfat etdi
7-06-2022, 10:03
Ordubadda qasırğa, xətlər sıradan çıxdı, evlərin damı uçdu - FOTO
27-12-2015, 13:13
Tornado ABŞ-da 17 can aldı VIDEO
20-02-2020, 08:28
Avropa Liqasında 1/16 final mərhələsi başlayır
3-03-2016, 19:43
“Məni həmişə kulisdə ağladırdı...” - Fotosessiya
14-07-2015, 13:03
“Dəfə ilə faizin fərqini bilməyənlər növbəti təxribata can atırlar“
13-05-2015, 01:45
Heydər Əliyev Fondunun vitse-prezidenti ağacəkmə aksiyasında - FOTO