Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Reina” terrorçusunun arvadı da saxlanıldı - İŞİD-in üzvü imiş
Tarix: 03-02-2017 | Saat: 21:01
Bölmə:Karusel / Hadisə / Dünya | çapa göndər

“Reina” terrorçusunun arvadı da saxlanıldı - İŞİD-in üzvü imiş


İstanbul Cumhuriyyət Baş Prokurorluğu Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi tərəfindən aparılan istintaq tədbirləri çərçivəsində 11 şübhəli şəxs “silahlı terror təşkilatına üzv olmaq”, “qəsdən adam öldürməyə kömək etmək” cinayət əməllərinə görə həbs olunmaq tələbi ilə Sülh Cəza Məhkəməsinə sövq olunublar.

“Reina” gecə klubunda 39 nəfəri qətlə yetirən özbək əsilli terrorçu Əbdülqədir Maşaripovun həyat yoldaşı Zarina N. də saxlanılanlar arasındadır.

Onun da İŞİD terror qruplaşmasının üzvü olduğu, kimliyini gizlədərək Fatıma Əbdürrəhim kod adlı ləqəbdən istifadə etdiyi ortaya çıxıb.

Xatırladaq ki, dekabrın 31-dən yanvarın 1-nə keçən gecə İstanbulda “Reina” gecə klubunda törədilən terror aktı nəticəsində 39 nəfər ölüb, 66 nəfər yaralanıb.

Teraktı törədən özbək əsilli, Əbu Məhəmməd Horasani kod adlı Əbdülqədir Maşaripov İstanbulun Esenyurt vilayətində İŞİD hücrəsinə edilən hücum nəticəsində 4 nəfərlə birlikdə saxlanılıb. Onlardan 1-nin qırğız əsilli kişi, digər 3-nün qadın olduğu bildirilir.

Ə. Maşaripovun 2 il ərzində Əfqanıstan və Pakistandatəlim gördüyü, özbək, rus, ərəb, çin dillərini və türkiyə türkcəsini bildiyi deyilir.




Xəbəri paylaş

8258 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___