Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sinif yoldaşını bacısına görə bıçaqlayıb... - VİDEO
Tarix: 03-02-2017 | Saat: 20:56
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Sinif yoldaşını bacısına görə bıçaqlayıb... -  VİDEO


20:48

Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu öz sinif yoldaşı Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

"Xəbəraz.az " XəzərXəbər-in sözügedən məktəbdən hazırladığı reportajı təqdim edir:

Məktəblilərin sözlərinə görə, Nemət Elturanı elə o məktəbdə təhsil alan bacısına görə bıçaqlayıb.





---------

12:07

Bakı Şəhəri üzrə Təhsil İdarəsi bu gün Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbdə qeydə alınan bıçaqlanma hadisəsi ilə bağlı açıqlama yayıb. Təhsil İdarəsindən APA-ya verilən xəbərə görə, Binəqədi rayonundakı 217 nömrəli tam orta məktəbin həyətində bu gün dərs başlamamışdan əvvəl (saat 8 radələrində) IX sinif şagirdi Nemət Musayev onunla eyni sinifdə oxuyan Elturan Əmənova bıçaqla xəsarət yetirib.

Məktəbdən təcili tibbi yardıma müraciət olunub və E.Əmənov xəstəxanaya aparılıb. Hadisəni törədən N.Musayev isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Hər iki məktəblinin təlim nəticələrinin, dərsə davamiyyətinin və davranışının normal olduğu qeyd edilib.

---------

09:33

Binəqədi rayonu Sulutəpə qəsəbəsində yerləşən 217 saylı orta məktəbin həyətində bıçaqlanma hadisəsi qeydə alınıb.

"Xəbəraz.az "xəbər verir ki, bu gün səhər saat 8 radələrində, dərs balamamışdan əvvəl 9-ci sinif şagirdi Musayev Nemət Afiyəddin oğlu onunla eyni sinifdə oxuyan Əmənov Elturan Elçin oğluna bıçaqla xəsarət yetirib.

Yaralı təcili tibbi yardım maşını ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Hadisəni törədən məktəbli isə Binəqədi Rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları tərəfindən dindirilmək üçün bölməyə aparılıb.

Faktı məktəbin direktor müavini Zərifə Yusifova SalamNews-a təsdiq edib. O, bildirib ki, hər iki məktəbli tərbiyəli şagird kimi xarakterizə olunurlar. Hadisə onlar aralarında yaranmış şəxsi mübahisə zəminində baş verib.



Xəbəri paylaş

8368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___