Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Eyni vaxtda hamilə qalan 9 rahibə: "Möcüzədir, bunun üçün tanrıya şükür edirik"
Tarix: 02-02-2017 | Saat: 12:38
Bölmə:Karusel / Hadisə / Dünya / Maraqlı | çapa göndər

Eyni vaxtda hamilə qalan 9 rahibə: "Möcüzədir, bunun üçün tanrıya şükür edirik"



Ötən il 5 şimali afrikalı qaçqına qapılarını açan Milandakı qadın monastrının 9 rahibəsi hamilə qalınca qalmaqal ortaya çıxıb. Afrikalılarla cinsi əlaqəyə girmədiklərini deyən rahibələr bunun bir möcüzə olduğunu bildiriblər.

Rahibələr, zülmdən qaçan qaçqınlara kömək edərək tanrını məmnun edəcəklərini düşünüblər.

Monastırdakı nizamdan cavabdeh olan baş rahibə anası xəstə olduğu üçün gecələri monastırdan ayrılmaq məcburiyyətində qalır. Bu vəziyyətdən istifadə edən gənc rahibələr gecələri immiqrantlarla keçiriblər.

Aradan 6 ay keçdikdən sonra 9 rahibənin hamilə olduğu ortaya çıxıb.

Qəzetə danışan rahibələr, immiqrantlarla əlaqəyə girmədiklərini deyiblər: "Səhv bir şey etmədik. Onların sevgi və təsəlliyə ehtiyacı vardı. Məryəm də bakirəykən hamilə qaldı və baş rahibə də bizim kimi onun günahsız olduğuna inanır. Bizə belə bir möcüzə bəxş edildi, bunun başqa şərhi yoxdur. Bunun üçün tanrıya şükür edirik".

Ancaq immiqrantlardan birinin qəzetə verdiyi açıqlamada hadisənin rahibələrin danışdığından fərqli olduğu ortaya çıxıb: "Rahibələrlə çox əyləndik və bütün tanıdıqlarımıza bu yeri tövsiyə edəcəyik. Rahibələrə təşəkkürlər, İtaliyaya təşəkkürlər".

Baş rahibə immiqrantlarla əlaqəyə girən rahibələrin kilsədən ayrılmalarını tələb edib.milli.az




Xəbəri paylaş

7178 dəfə oxunub.

Digər xəbərlər
18-06-2016, 13:55 Formula-1-də qəza - Foto

bütün xəbərlər
____ Instagram ___