Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Bakıda havanın temperaturu iqlim normasından aşağıdır"
Tarix: 01-02-2017 | Saat: 11:56
Bölmə:Karusel / Gündəm | çapa göndər

"Bakıda havanın temperaturu iqlim normasından aşağıdır"



"Hazırda Bakıda və Abşeron yarımadasında müşahidə edilən havanın temperaturu iqlim normasından 2 dərəcə aşağıdır".

"Xəbəraz.az "xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, hazırkı hava şəraiti fevral ayı üçün xarakterikdir və əvvəlki illərdə də müşahidə edilib.

G.Məmmədova qeyd edib ki, ölkə ərazisində müşahidə edilən qarlı hava şəraiti sabahadək davam edəcək. Sabah gündüzdən havanın sabitləşəcəyi və əsasən yağmursuz keçəcəyi gözlənilir.

Qeyd edək ki, Azərbaycanın rayonlarında fevralın 2-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Yollar buz bağlayacaq.




Xəbəri paylaş

6248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___