Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda yola xörək duzu səpən polis: "Niyə mənə qarşı nalayiq fikirlər yazırlar?" - VİDEO
Tarix: 30-01-2017 | Saat: 18:07
Bölmə:Karusel / Gündəm / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda yola xörək duzu səpən polis: "Niyə mənə qarşı nalayiq fikirlər yazırlar?" -  VİDEO


Bakıda qarlı havada yola duz səpən yol polisi əməkdaşının kimliyi məlum olub. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hadisənin baş verdiyi ərazi Teymur Elçin küçəsinin başlanğıcı - Teleteatrın yanıdır. Yola duz səpən DYP əməkdaşı isə Bakı şəhər DYPİ-nin Yol-Patrul Xidməti Alayının Müşayiət-Eskort Bölüyünün 1-ci tağımının əməkdaşı (99-P-027), polis baş serjantı Teymur Süleymanovdur.

Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədovun iştirakı ilə əməkdaşımız həmin inspektorla görüşüb. Teymur Süleymanov yayılan video ilə bağlı fikirlərini bölüşərək bildirib ki, həmin görüntülərin necə çəkilməsindən xəbərsiz olub:

"Mən düşünmürəm ki, bu hərəkətimlə nəsə pis bir iş görmüşəm. Amma videonu sosial şəbəkələrdə yayaraq mənə qarşı nalayiq ifadələr işlədirlər. Birincisi, yola duz səpmək mənim vəzifəm deyildi. Sadəcə, gördüm ki, yolda sürüşkənlik artır və avtomobillər işıqforda dayana bilməyərək sürüşüb sağdan gələn nəqliyyat vasitələrinin yoluna çıxırlar. Mən də gedib yaxınlıqdakı mağazadan öz pulumla 15 qutu duz alıb gətirdim və hamısını yola səpdim ki, maşınlar sürüşməsin, qəza baş verməsin, insanlara maddi ziyan dəyməsin. Burada pis nə var ki? İnanın mənə, mağazada duz qurtardı, yoxsa, yenə də alıb gətirib yola səpəcəydim. Axı niyə mənə qarşı nalayiq fikirlər yazırlar? Yaxşı əməlimizi də pisə yozurlar".

----------

11:14

Dünəndən bəri sosial şəbəkələrdə Bakıda yol polisi əməkdaşının qarlı havada yola duz səpməsini əks etdirən video yayılıb.

"Xəbəraz.az " avtosfer.az-a istinadən xəbər verir ki, videoda DYP əməkdaşı mağazada qutuda satılan xörək duzunu yola səpməsi əksini tapır. Və çoxları bu görüntülərdəki yol polisini ələ salan, qınayan fikirlər yazır. Hətta "2017-ci ildə Bakıda yola buzu belə səpirlər" kimi fikirlər yazaraq ironiyalı düşünənlər də var. Amma gəlin bir qədər dərindən düşünərək və məsələnin əsl mahiyyətinə nəzər salaq.

Əvvəla, yol polisinin nə qanunvericiklə, nə də "Yol-patrul xidməti haqqınnda" Təlimatla yolda qar təmizləmək, buzda sürüşən maşınları itələmək və digər bu kimi xidmətlər göstərmək öhdəliyi yoxdur. Onların işi yolda hərəkətin təşkilini və təhlükəsizliyini təmin etməkdir. Bu videoda gördüyünüz yol polisinin kiçik hərəkəti isə əslində, böyük ürək sahibi olmasından irəli gəlir. O, svetoforda avtomobillərin dayanmasının çətinləşdiyini, tormoz məsafəsi uzandığı üçün sürüşüb yolayrıcına çıxdığını görərək bunun qarşısını almaq qərarına gəlir. Və mağazaya daxil olub öz pulu ilə bir neçə qutu duz alaraq yola səpir ki, maşınlar sürüşüb yolayrıcına daxil olmasınlar. Bununla da, onların qəzaya düşməsinin qarşısını almağı düşünür.

Əslində, bunu Bakı Şəhər İcra Hakimiyyəti və "Azəravtoyol" ASC-nin əməkdaşları xüsusi texnikalarla etməli idi. Lakin görünür, onlar bu küçələrə düz və ya qum səpmədiyi üçün yol polisi əməkdaşı xidməti ərazisində nəcib bir hərəkətlə qəza riskini azaltmağa çalışıb.

Polisin bu davranışı alqışa layiqdir. Bu kiçik hərəkətlə böyük bir iş gördü. Bakıda bizim yol polisi əməkdaşının bu insanlıq dərsi yəqin ki, başqa ölkələrdə baş versəydi indi onu "dünyanın nəcib polisi" kimi qələmə verənlər də tapılardı. Bu polisə böyük iş görüb. Bunu danmaq olmaz. Onun böyük işini kiçik görənlər isə kiçik adamların işidir.



Xəbəri paylaş

7628 dəfə oxunub.

Digər xəbərlər
17-06-2015, 16:11 İş axtaranlara müjdə

bütün xəbərlər
____ Instagram ___