Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ət satışı obyektlərində 32 qeyri-qanuni fakt
Tarix: 30-01-2017 | Saat: 00:32
Bölmə:Karusel / İqtisadiyyat / Hadisə / M2 | çapa göndər

Ət satışı obyektlərində 32 qeyri-qanuni fakt
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən heyvan kəsimi, ət qəbulu, saxlanması və satışı məntəqələrində mütəmadi reydlər keçirilir. Reydlər zamanı İnzibatı Xətalar Məcəlləsinin tələblərini pozan şəxslər barədə protokol tərtib olunur, qida üçün yararsız məhsulların satışının qarşısı alınır.

Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəis əvəzi Azər Süleymanov Azərtac-a bildirib ki, qanuni fəaliyyət göstərən, dövlət baytarlıq nəzarətinin qeydiyyatında olan heyvandarlıq məhsullarının tədarükü, kəsimi və satışı obyektlərində baytarlıq-sanitariya ekspertiza laboratoriyaları fəaliyyət göstərir. Bu obyektlərdə heyvan, heyvan mənşəli məhsullar baytar həkimləri tərəfindən müayinə edilir və nəzarət tədbirləri həyata keçirilir. Belə obyektlərdə xəstə heyvanların kəsimi və satışı aparıla bilməz. Amma bəzi hallarda heyvan kəsimi və satışı aparılan obyektlərdən kənarda, başqa sözlə desək, müvafiq icra hakimiyyəti orqanları tərəfindən icazə verilməyən yerlərdə fiziki və hüquqi şəxslər tərəfindən qanunsuz heyvan kəsimi halları baş verir.

A.Süleymanov diqqətə çatdırıb ki, 2016-cı ildə baytarlıq-sanitariya qaydalarının pozulmasına görə 174 nəfərə inzibati protokol tərtib edilib. O deyib ki, bu protokollar qanuni fəaliyyət göstərən ticarət obyektlərində deyil, əksəriyyəti gizli, qanunsuz və baytarlıq nəzarətindən kənarda fəaliyyət göstərən, müvafiq icra hakimiyyəti orqanları tərəfindən icazə verilməyən yerlərdə ət satışı, qəbulu, tədarükü və heyvan kəsimi aparan şəxslərə yazılıb.

Qeyd olunub ki, Dövlət Baytarlıq Nəzarəti Xidməti müvafiq icra hakimiyyəti orqanları tərəfindən icazə verilməyən yerlərdə gizli və qanunsuz fəaliyyət göstərən ət satışı, ət qəbulu və heyvan kəsimi aparanlara qarşı mütəmadi olaraq reydlər keçirir. Bunun nəticəsində aşkar edilən mənşəyi məlum olmayan, Respublika Baytarlıq Laboratoriyasının müvafiq baytarlıq-sanitariya ekspertizalarına əsasən insan qidası üçün yararsız hesab edilən 20,3 ton müxtəlif növ heyvan əti (o cümlədən 5,3 ton at əti) və yararlılıq müddəti ötmüş 53 tondan artıq müxtəlif növ kolbasa-sosis məmulatları Xidmətin mütəxəssisləri tərəfindən kütləvi informasiya vasitələri əməkdaşlarının iştirakı ilə qanunvericiliyə uyğun olaraq məhv edilib.

A.Süleymanov onu da vurğulayıb ki, ötən il dövlət baytarlıq nəzarətində olan heyvan mənşəli qida məhsullarının təhlükəsizliyinin təmin olunması və keyfiyyətinə nəzarətin gücləndirilməsi məqsədilə bazarlarda, kəsim sexlərində və ticarət mərkəzlərində fəaliyyət göstərən 115 baytarlıq-sanitariya ekspertiza laboratoriyasında aparılan 1 milyon 247 min 528 müayinə nəticəsində təxminən 13 tondan çox müxtəlif növ heyvan və quş ətinin, 33 ton iri və xırdabuynuzlu heyvanın daxili orqanlarının, 3,6 ton balığın, 9 ton süd və süd məhsullarının, 21 min ədəd yumurtanın və 185 kiloqram balın insan qidası üçün yararsız olması aşkar edilib və baytarlıq qanunvericiliyinə uyğun zərərsizləşdirilərək məhv olunub. Həmçinin 2016-cı ildə müvafiq icra hakimiyyəti orqanları tərəfindən icazə verilməyən yerlərdə gizli və qanunsuz fəaliyyət göstərən, insan qidası üçün yararsız olan heyvandarlıq məhsullarının tədarükü, kəsimi və satışı ilə məşğul olan obyektlərdə 32 qeyri-qanuni halın qarşısını alıb. Nəzarət tədbirləri bundan sonra da mütəmadi davam etdiriləcək.


Xəbəri paylaş

8438 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___