Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycanda 13 yaşlı qız ana oldu, ata azadlığa buraxıldı
Tarix: 26-01-2017 | Saat: 20:45
Bölmə:Karusel / Hadisə | çapa göndər

Azərbaycanda 13 yaşlı qız ana oldu, ata azadlığa buraxıldı



Seksual xarakterli hərəkətlər etməkdə təqsirli bilinən Oğuz rayon sakini, 1995-ci il təvəllüdlü Rinad Ağakişiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Rinad Ağakişiyev 2003-cü il təvəllüdlü bibisi qızı Samirə Məmmədovaya (ad və soyad şərti verilib) qarşı zorakılıq edib.

O, Samirə Məmmədova ilə 2015-ci ilin iyun ayından 21 fevral 2016-cı il tarixədək olan müddətdə onunla mütəmadi olaraq təbii və qeyri-təbii yolla cinsi əlaqədə olub. Rinad Ağakişiyev həmçinin Samirə Məmmədovaya qarşı əxlaqsızlıq hərəkətlər edib.

3 il cəza

Rinad Ağakişiyev Cinayət Məcəlləsinin 152.2-ci (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli hərəkətlər etmək) maddəsi ilə ittiham edilib.

Oğuz rayon Məhkəməsinin hökmü ilə Rinad Ağakişiyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rinad Ağakişiyev apelyasiya şikayəti verib. O, barəsində daha yüngül cəzanın təyin edilməsini xahiş edib.

Rinad Ağakişiyevin şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Şikayət hakim Rövşən Rəfiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.

"Bibim qızının atasını tanımıram"

Təqsirləndirilən şəxs bildirib ki, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Kərimli kəndində yaşayır: "2013-cü ilin aprel ayında hərbi xidmətə getmişəm və həmin ilin iyulunda atam vəfat edib. Atamın vəfatından sonra anam Yeganə Ağakişiyeva və digər ailə üzvlərim Bərdə rayonunda yaşayan tanışımız ilə balıqçılıqla məşğul olmağa başlayıb".

Rinad Ağakişiyevin sözlərinə görə, 2014-cü ilin oktyabr ayında hərbi xidmətini başa vurduqdan sonra Bərdə rayonuna ailə üzvlərinin yanına gedib: "2015-ci ilin iyun ayında Oğuz rayonu Kərimli kəndinə öz evimizə qayıtmışıq. Kərimli kəndində bizim yaşadığımız həyətdə iki ev var. Həmin evin birində ailə üzvlərimiz, digərində isə nənəm və bibilərim yaşayırlar. Samirə mənim bibim qızıdır. Onun atasını tanımıram, anası isə başqa şəxslə ailə qurub və Bakı şəhərində yaşayır".

"Bibim qızından xoşum gəldi"

Təqsirləndirilən qeyd edib ki, Samirə Məmmədovaya bibisi Sahibə baxmayıb: "2015-ci ilin iyun ayında Kərimli kəndinə qayıtdıqdan sonra bibim qızının böyüdüyünü gördüm və ondan xoşum gəldi. Bu barədə anama dedim və gələcəkdə Samirə ilə ailə qurmaq istədiyimi bildirdim. Anam bu barədə Samirənin xalası Sevincə məlumat verib".

"Cinsi əlaqəyə girmədən sevişmişik"

Rinad Ağakişiyev bildirib ki, həmin ilin iyun ayından Samirə Məmmədova ilə gizlincə görüşməyə başlayıb: "Samirə evdə tək olanda onlara getmişəm və ilk əvvəl öpüşməyə başlamışıq. Daha sonra cinsi əlaqəyə girmədən sevişmişik. Bir müddət sonra Samirə mənimlə telefonda danışarkən qarnının şişdiyini bildirib. 11 mart 2016-cı ildə Samirəni xəstəxanaya aparmaq üçün Oğuz rayonu Kərimli kəndinə gəldim. Anam və bibim ilə Samirəni martın 14-də xəstəxanaya apardıq. Xəstəxanada Samirənin hamilə olduğunu öyrəndik".

"Uşağın atası olduğumu etiraf edirəm"

Təqsirləndirilən şəxs qeyd edib ki, Samirə Məmmədova ilə təbii və ya qeyri-təbii yolla cinsi əlaqədə olmayıb: "Samirənin hamilə qala biləcəyi ağlıma gəlməyib. Samirə ilə münasibətlərimdə ona qarşı heç bir pis niyyətim olmayıb. Samirədən xoşum gəldiyinə və onunla ailə qurmaq istədiyimə görə aramızda münasibət yaranıb. Samirə yetkinlik yaşına çatmadığı üçün onunla ailə qura bilməmişəm. Lakin o, yetkinlik yaşına çatdıqdan sonra onunla rəsmi qaydada ailə həyatı quracağam. Samirənin mənimlə olan münasibətindən bir uşağı olub. Həmin uşağın atası olduğumu etiraf edirəm".

Təqsirləndirilən şəxs qeyd edib ki, hazırda həmin uşağa Samirə ilə yanaşı onun anası və digərləri də qayğı göstərir: "Zərərçəkmiş Samirə ilə aramızda heç vaxt narazılıq olmayıb. Hazırda zərərçəkmiş şəxsin məndən heç bir şikayət və tələbi yoxdur. Cəzamın yüngülləşdirilməsini xahiş edirəm".

Zərərçəkmiş Samirə Məmmədova məhkəmədə verdiyi izahata əlavə olaraq bildirib ki, o, uşaqla birlikdə hazırda təqsirləndirilən şəxs Rinad Ağakişiyevin ailəsi ilə birgə yaşayır: "Atamı uşaq yaşlarından görməmişəm, anam isə hazırda ailə qurub və Bakı şəhərində yaşayır. Buna görə də övladımı Rinad Ağakişiyevin ailəsi ilə birgə böyüdürəm. Lakin Rinadın atası vəfat edib, anası isə səhhəti ilə bağlı olaraq işləyə bilmir. Əvvəllər yanında yaşadığım bibim və Rinadın ailəsinin imkanı yaxşı deyil, özüm isə yetkinlik yaşına çatmadığım üçün övladımı saxlaya bilmirəm. Buna görə də Rinad Ağakişiyevin ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq daha yüngül cəza təyin edib və onun azad edilməsini xahiş edirəm".

Hakim heyəti tərəfləri dinləyəndən sonra qərar elan edib. Qərara görə, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin xahişi nəzərə alınıb.

Məhkəmə Rinad Ağakişiyevin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin tətbiq edib və o, 2 il sınaq müddəti olmaqla şərti cəza alıb.

Rinad Ağakişiyevin barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib, o, məhkəmə zalından azadlığa buraxılıb.


Xəbəri paylaş

1 0928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___