Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
AQRAR UNİVERSİTETDƏ VALİDEYİNLƏRLƏ GÖRÜŞ-FOTOLAR
Tarix: 24-01-2017 | Saat: 20:45
Bölmə:Karusel / Gündəm / Təhsil / Foto-fakt | çapa göndər

AQRAR UNİVERSİTETDƏ VALİDEYİNLƏRLƏ  GÖRÜŞ-FOTOLAR



Azərbaycan Dövlət Aqrar Universitetində valideyinlərlə görüşlər davam edir. Təhsil müəssisəsinin kollektivi ilə valideyinlərin bir araya gəlməsi əslində tədrisin daha səmərəli nəticələnməsinə şərait yaradır. Valideyinlərin təklifləri dinlənilir, təhsil şəraiti haqqında dəqiq məlumatlar səsləndirilir.
"Xəbəraz.az " xəbər verir ki, Aqrobines və idarəetmə, eləcədə Mühəndislik fakültələrində keçirilən görüşlərdə də rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edib, yaradılan təhsil bazası ilə bağlı ətraflı məlumat verib. Hər iki fakültədə təhsil alan tələbələrin valideynləri ilə səmimi söhbət aparılıb, tələbələrin sosial-məişət problemləri kimi məsələlər müzakirə olunub.
Rektor İbrahim Cəfərov valideynlərlə görüşdə onu da deyib ki, dövlət aqrar sahə üçün kadr hazırlığına xüsusi önəm verir. Bütün tədris korpusları ən zəruri avadanlıqlarla təmin edilib, yenidən qurulub. Tələbələrin biliyinin qiymətləndirilməsində obyektivlik və şəffaflıq əsas meyar kimi diqqətdə saxlanılıb. Yüksək balla qəbul olan və əlaçı tələbərə əlavə stimullaşdırıcı təqaüdlər verilib.
Açıq və səmimi müzakirə şəraitində keçən görüşlərdə valideynlər övladlarının yaxşı təhsil almaları üçün universitetdə yaradılan şəraitdən razılıqlarını bildirib, kompyuterdə test üsülu ilə yanaşı yazılı və şifahi imtahan formalarının təşkilinin əhəmiyyətindən danışıblar.
Təşkil olunan görüşlərdə valideyinlər onu da bildirib ki, bu cür tədbirlər tədrisin keyfiyyətini daha da yaxşılaşdıracaq, universitet-valideyn əlaqələrini gücləndirəcək.

AQRAR UNİVERSİTETDƏ VALİDEYİNLƏRLƏ  GÖRÜŞ-FOTOLAR
AQRAR UNİVERSİTETDƏ VALİDEYİNLƏRLƏ  GÖRÜŞ-FOTOLAR
AQRAR UNİVERSİTETDƏ VALİDEYİNLƏRLƏ  GÖRÜŞ-FOTOLAR
AQRAR UNİVERSİTETDƏ VALİDEYİNLƏRLƏ  GÖRÜŞ-FOTOLAR


Xəbəri paylaş

1 2098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___