Sosial mənzillər üçün müraciətlərin qəbul ediləcəyi VAXT bilindi
Tarix: 24-01-2017 | Saat: 10:57
Bölmə:Karusel / İqtisadiyyat / M2 | çapa göndər
Sosial evləri almaq üçün müraciətlərin qəbulu yaxın aylarda başlanacaq.
Trend-in məlumatına görə, dövlət başçısının fərmanı əsasında yaradılacaq "Güzəştli mənzil" sistemi mayın 1-dən işə düşəcək və elektron müraciətlər də o vaxtdan başlanacaq. Həmin vaxta qədər isə sosial evləri almaq üçün sakinlər kağız formada müraciət edə bilərlər.
Qeyd edək ki, sosial evlərin birinci kompleksinin tikintisi üçün Bakının Yasamal rayonunda 11,6 hektar ərazi ayrılıb. Jurnalda qeyd olunur ki, bu kompleksdə 1850 mənzil olacaq. Mənzillər 1, 2 və 3 otaqlı olacaq.
Bundan başqa, məlumat verilib ki, sosial mənzillərdə aylıq ödəniş oxşar evlərin kirayə haqqından artıq olmamaqla müəyyən ediləcək.
Məlumatda deyilir: "Faktiki olaraq birotaqlı mənzillər üçün aylıq ödəniş 130-140, üçotaqlılar üçün 330-350 manatdan artıq olmayacaq".
Hazırda Yasamal rayonu ərazisində tikilən komplekslə yanaşı, Bakıda ikinci belə kompleksin inşası da planlaşdırılır. Eyni zamanda Sumqayıt, Gəncə, Lənkəran və Masallı rayonlarında da tikintisi nəzərdə tutulur.
Xəbəri paylaş
6378 dəfə oxunub.
Digər xəbərlər

18-01-2017, 15:42
Rusiya SSRİ-ni bərpa etmək istəyir - General
2-09-2015, 12:18
Sumqayıt İcra Hakimiyyətindən Eldar Əzizovla bağlı – AÇIQLAMA
27-09-2016, 21:35
Rövnəq Abdullayev Çiprasla görüşdü
31-08-2018, 16:07
Viaqradan daha təsirli qida - Hər kəsin evində var / FOTOLAR
20-07-2015, 11:07
Azərbaycanın bəzirayonlarına güclü dolu yağıb
11-03-2019, 12:34
24 yaşlı qadın intihar edib-Salyanda
5-08-2016, 22:32
Azərbaycanda bitən bu bitki əvvəlcə adamı dəli edir - sonra öldürür
11-10-2016, 21:28
Bakıda 17 yaşlı oğlan qız üstündə ölümcül döyüldü - Foto