Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Psixoloqdan SOS: Telefon xəstəliyi...
Tarix: 22-01-2017 | Saat: 14:51
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Psixoloqdan SOS: Telefon xəstəliyi...


Yəqin ki, son illərdə mobil telefon aludəçiliyinin artması ilə hər kəs razılaşar. Bu gün demək olar ki, telefonsuz insan yoxdur. Hər kəs hətta son model, çoxfunksiyalı, müasir telefonlardan istifadə etməyə çalışır.

Əvvəllər telefonlardan ünsiyyət vasitəsi kimi yararlanırdıq. Uzaqda yaşayan yaxınlarımızdan xəbər almaq, yaxşı gündə, pis gündə əlimiz çatmayan dostlarımızla hislərimizi bölüşmək, əlaqə yaratmaq üçün telefon əvəzsiz vasitə idi. İndi də belədir. Amma bir qədər fərqli formada.

Hazırda telefon bizə daha çox sosial şəbəkələrdən müxtəlif məqsədlərlə istifadə, şəkil paylaşmaq, fərqli mövzularda məlumatlar əldə etmək, yazışmaq, vaxt keçirmək üçün lazım olur.

Mobil telefonlarımız həyatımızın elə ayrılmaz hissəsidir ki, hətta ailə üzvlərimizlə bir yerdə olarkən, müxtəlif tədbirlərdə, bizim üçün vacib olan yığıncaqlarda belə əlimizdən yerə qoya bilmirik. Çox zaman bir-birimizi danlayırıq da, "ayrıl o telefondan” – deyə.

İndi hər kəs sual verəcək: Bu telefon asılılığından necə xilas olmaq olar?

Elə bu sual ətrafında danışan psixoloq Aytən Ələkbərova telefon aludəçiliyinin dəb halına çevrilməyindən narazıdır. A.Ələkbərova deyir ki, telefondan ayrıla bilməmək bizə həm stimul verir, həm də bekarçılıqdan qurtulmağın ən asan yolu kimi görünür:

"Düzgün qeyd olunur ki, hər hansı məclisdə, hətta önəmli tədbirlərdə belə telefon əlimizdən düşmür. Şəkillər paylaşırıq, İnstaqramda, Feysbukda aktivliyimizdən qalmırıq. Bəzən bizim üçün vacib olan tədbirlərdə, yaxınlarımızın əhatəsində belə başımızı telefonla qatırıq.

Məsələn, narkomaniyadan danışdıqda deyirik ki, bu narkotikin əsirinə çevrilməkdir. Müasir dövrdə isə biz telefonumuzun əsirinə çevrilmişik. Qısaca desək, "telefon narkomaniyası” baş alıb gedir.

Əlbəttə ki, telefonun müsbət cəhətləri, həyatımızı asanlaşdırması, uzaqda yaşayan yaxınlarımızla əlaqə qurmağımız üçün faydaları çoxdur. Amma gəlin etiraf edək ki, hər şeyin ifrat dərəcəyə çatdırılması ziyandır. Telefon aludəçiliyinin də zərərləri odur ki, özümüz də bilmədən beynimizin yorulmasına gətirib çıxarır. Beyin o qədər yorulur ki, hətta doğma övladımızla məşğul olmağa belə vaxt ayırmaq istəmirik bəzən. Məsələn, uşağımız yanımıza gəlib, nə isə istədikdə, sərt formada "bir dəqiqə dayan da” deyib, yola veririk. Halbuki övladdan, yaxud valideynlərimizdən vacib həyatımızda heç nə olmamalıdır. Buna baxmayaraq, telefon əsiri olmağın ziyanları sevdiklərimizlə aramıza sərhəd çəkmiş olur”.

Psixoloqun sözlərinə görə, telefon köləliyindən can qurtamaq üçün faydalı işlərə daha çox vaxt ayırmalıyıq. Əvvəl biz daha vacib işlərlə məşğul olmalıyıq ki, telefonda "qurdalanmağa” boş vaxtımız olmasın:

"Təbii ki, vacib proseslərdən də kənarda qala bilmirik. Telefonun lazımlı tərəflərindən yararlanmalıyıq, psixoloq olmağıma baxmayaraq, mən də telefonumla vaxt keçirirəm. Amma baş qatmaq vasitəsi kimi yox.

Çoxları üçün bu, vərdiş halını alıb. Məsələn, elə insanlar var ki, mesajına gec cavab yazanda artıq narahat olur, şikayətlənir ki, deyəsən narahat edirəm, vaxtın yoxdu, məşğulsansa, mən yerimi bilim.

Adi bir mesajına 5-10 dəqiqə gec cavab yazanda qarşıdakı dost, tanış. ya qohum inciyir. Bu inciməklər olmasın deyə insan məcbur olur ki, dostlarını diqqətdən kənar qoymasın.

Düşünürəm ki, telefon aludəçiliyindən qurtulmaq üçün ən sadə və öyrədici məşğuliyyət kitab oxumaqdır. Bununla boş vaxtımızı daha faydalı şeyə sərf etmiş olarıq, beləliklə, telefon əsirliyi də aradan qalxar.

Çox lazımsız əməliyyatlar edirik telefonumuzla. Ən çox sosial şəbəkələrdə xoşlayırıq hər dəqiqə şəkil paylaşaq, hər addımızı dostlarımızla bölüşək, kimsə layk etsin, biz də onun paylaşdığını bəyənək. İnanın, buna vaxt sərf etməkdənsə, gözəl bir əsəri oxumaqla vaxtımızı keçirmək daha yaxşıdır”.


Xəbəri paylaş

1 1018 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___