Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ŞAD XƏBƏR: bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır
Tarix: 19-01-2017 | Saat: 16:05
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər

ŞAD XƏBƏR: bəzi dövlət rüsumlarının məbləği kəskin azaldılır



Azərbaycanda bəzi dövlət rüsumlarının məbləğində dəyişiklik edilir.


“APA-Economics”in məlumatına görə, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı Maliyyə Nazirliyinin Vergi siyasəti və gəlirlər şöbəsi müdirinin müavini Fikrət Şirinov bildirib.



Onun sözlərinə görə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, əlverişli biznes mühitinin yaradılması və onların ilkin maliyyə resurslarının formalaşdırılması məqsədilə bəzi lisenziyalar üzrə dövlət rüsumunun məbləğləri bir neçə dəfə aşağı salınır.



F. Şirinov əlavə edib ki, dərman vasitələrinin satışı ilə məşğul olmaq üçün lisenziyanın alınması üçün dövlət rüsumu hazırda 5500 manat olduğu halda, təklif olunan dəyişiklikdə dərman vasitələrinin pərakəndə satışı üçün cəmi 1000 manat dövlət rüsumu müəyyən edilib: “Bundan başqa, məktəbəqədər təhsil müəssisələrindən lisenziya üçün 2500 manat dövlət rüsumu alınırdısa, bu rüsumun 1250 manata endirilməsi təklif olunur. Baytarlıq preparatlarının istehsalı ilə məşğul olmaq üçün lisenziyaya görə isə dövlət rüsumunun məbləği 3000 manatdan 1500 manata endirilir”.



F. Şirinov əlavə edib ki, qanun layihəsində bəzi maliyyə xidmətləri göstərən publik hüquqi şəxslər tərəfindən lisenziyalaşdırılan fəaliyyət növlərinə görə dövlət rüsumlarının tam məbləğdə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulub. “2016-cı ilin yanvarın 1-dən dövlət orqanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətini yüksəltmək üçün dövlət rüsumunun 25%-i həmin orqanların maddi təminatının formalaşmasına yönəldilir. Layihədə isə nəzərdə tutulur ki, bir əqd üzrə dövlət rüsumu 5000 manatdan yuxarı olmadıqda həmin xidməti göstərən dövlət orqanının hesabına köçürüləcək”.



O, dövlət rüsumunun məbləğinin Bakıda tam, regionlarda isə müəyyən olunmuş dövlət rüsumunun 50%-nin dövlət büdcəsinə ödənilməli olduğunu qeyd edib.



Xəbəri paylaş

9108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___