Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR?
Tarix: 19-01-2017 | Saat: 14:37
Bölmə:Karusel / Səhiyyə / Bizim seçim | çapa göndər

Hansı qan qrupu XƏRÇƏNGƏ TUTULMUR?

55.000 nəfər üzərində aparılan tədqiqatda məlum olub ki, 1-ci qan qrupuna malik olan şəxslərin xərçəng və bir çox xəstəliklərə tutulma riski daha azdır.
Araşdırmanı Amerika Milli Sağlamlıq İnstitutunun professoru Araş Etemadi aparıb. İlkin nəticələrə görə, 1-ci qan qrupuna aid olmayan şəxslərin xərçəngdən ölüm halları daha çoxdur.
Araşdırma zamanı qan qrupuyla mədə xərçəngi arasında əlaqə də tapılıb. Nəticələr göstərir ki, ikinci, üçüncü və dördüncü qan qrupundan olanlar birinci qan qrupu ilə müqayisədə 55 faiz daha çox mədə xərçənginə tutulur.
Hansı qan qrupu daha şanslıdır?
Lakin bu, o demək deyil ki, 1-ci qan qrupu bütün xəstəliklərdən sığortalanıb. Qidalanma, idman vərdişi kimi bir sıra mühüm amillər birinci qan qrupdan olanların səhhətinə ciddi təsir göstərir. Ancaq onların xəstələnmək riski nisbətən daha azdır.
Daha əvvəlki tədqiqatlara görə, ikinci və üçüncü qan qruplarında demək olar ki, bütün xərçəng növlərinə rast gəlinib. Xərçəngə qarşı şanslı qan qrupu isə birincidir.
Xərçəng və qan qrupları arasındakı əlaqə belədir
Döş xərçəngi
Bu xərçəng növünə tutulan qadınlar ilə bağlı aparılan araşdırmalar göstərir ki, 1-ci və 3-cü qan qrupuna malik olanlar müalicəyə daha sürətli cavab verir və daha tez yaxşılaşır.
Beyin şişləri
Bir çox beyin və sinir sistemi xərçəngləri 2-ci və 4-cü qruplarında rast gəlinir.
Yumurtalıq xərçəngi
Bu xərçəng növləri ikinci və dördüncü qruplarda daha çox rast gəlinir, ancaq üçüncü qan qrupundan olan insanların da xəstənlənmək ehtimalı yüksəkdir.
Bağırsaq xərçəngi
Bəzi növlərində qan qrupu həlledici olmur. Bağırsaq xərçənginə yol açan ən mühüm amillər qidalanma, həyat tərzi və gərginlikdir.
Həzm yolu xərçəngi
Dodaq, dil, yanaq, diş əti yemək borusu xərçəngləri ilə tüpürcək vəzilərində şiş xəstəliklərinin ikinci və üçüncü qrupları ilə çox yaxın əlaqəsi var. Bu xərçəng xəstəliklərinin çoxu öz-özlərinə yaranır. Bununla belə siqareti tərgitmək, spirti içkini azaltmaq və pəhrizə sayəsində xəstəliyin yaranma riskini azaltmaq mümkündür.
Mədə xərçəngi
63 min xəstə üzərində aparılmış tədqiqatlara görə, mədə xərçənginin ikinci və dördüncü qan qrupları yaxından əlaqəsi var.
Mədəaltı vəzi xərçəngi
Mədəaltı vəzi, qaraciyər, öd kisəsi və öd yolu xərçəngləri dözümlü həzm sistemlərinə malik olan birinci qan qruplarında nadir görünür. İkinci və dördüncü qruplar yenə də ən çox risk daşıyanlar sayılır. Üçüncü qan qruplarının onlar üçün təhlükəli olan qabıqlı quru meyvələr yeməsi də bu xərçəng növlərinə tutulma ehtimalını artırır.
Limfa və leykemiya
Bu xərçəng növünə əsasən 1-ci qan qrupları meyllidir.
Dəri və sümük
Dəri xərçəngləri də ən çox birinci qan qruplarında rast gəlinir. Melanom dəri xərçənginin ən ölümcül şəklidir. Üçüncü qan qruplarının da dəri xərçənginə tutulma ehtimalı yüksəkdir.
Sidik kisəsi xərçəngi
Sidik kisəsi xərçəngi ən çox ikinci və üçüncü qruplarında müşahidə olunur. Həm ikinci, həm də üçüncü qrupun xüsusiyyətlərində özündə birləşdirən dördüncü qan qrupu da ən yüksək risk daşıyan qrup sayılır.


Xəbəri paylaş

1 0548 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___