"Reina" qətliamçısı ələ keçdi - ŞOK GÖRÜNTÜLƏR -VIDEO-FOTO
Tarix: 17-01-2017 | Saat: 11:57
Bölmə:Karusel / Hadisə / Dünya / Foto-fakt / Xəbəraz TV | çapa göndər
İstanbulda yeni il gecəsini qana boyayaraq 39 nəfərin ölümünə, 71 nəfərin isə yaralanmasına səbəb olan Reina terrorçusu Abdulkadir Maşaripovla birlikdə 3-ü qadın olmaqla daha 4 nəfər yaxalanıb.
16 günlük təqibdən sonra yaxalanan terrorçunun yanında 4 yaşında oğlu da olub. Terrorçu saxlandığı evə 3 gün əvvəl gəlib.
Özbək əsilli Abdulkadir Maşaripovun yaxalanması üçün indiyədək polis 50-dək ünvana basqın düzənləyib.
Basqınlarda 35 şübhəli yaxalansa da, Reina terrorçusu yaxalanmamışdı. Maşaripovun həyat yoldaşı isə yaşyarımlıq qızı ilə birlikdə yanvarın 12-də Maltəpədə həyata keçirilən əməliyyat zamanı yaxalanmışdı.
Əməliyyatla bağlı rəsmi açıqlama yerli vaxtla 10:30-da İstanbul valisi Vasip Şahin və polis rəisi Mustafa Çalışkan tərəfindən veriləcək.
***
01:39
Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın “Milliyet”-ə istinadən verdiyi xəbərə görə, "Əbu Məhəmməd Xorasani" kod adlı Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalanıb. Onunla birgə daha 3 nəfər tutulub.
Məlumata görə, səhər saatlarında terrorçunun yaxalanması ilə əlaqədar rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 39 nəfər ölüb, 69 nəfər yaralanıb. İki gün sonra məlum olub ki, hadisəni törədən şəxs ötən ilin noyabr ayında ailəsi ilə birlikdə Konyaya gəlib. Hücuma görə məsuliyyəti İŞİD terror qruplaşması öz üzərinə götürüb.
Xəbəri paylaş
7478 dəfə oxunub.
Digər xəbərlər

27-12-2019, 11:29
Ramil Usubovun oğluna yeni vəzifə verilib
1-04-2016, 12:47
Sahibinin arxasınca hərəkət edən çamadan yaradıldı - VİDEO
9-07-2015, 19:09
Rusiyalı idmançılar nə qədər mükafat alacaq?
30-08-2015, 01:37
10 günlük körpə bu heyvana görə həyatını itirdi
14-08-2016, 10:23
Məlumat almaq üçün 1 manat ödəməlisən — VİDEO
26-04-2016, 13:46
Ərdoğan Türkiyəyə qayıtdı - Foto
26-02-2021, 18:38
Yevlax sakinini elektrik cərəyanı vuraraq ÖLDÜRDÜ