“Recep İvedik”in Azərbaycanla bağlı səhnəsi qalmaqal yaratdı - VİDEO
Tarix: 17-01-2017 | Saat: 00:10
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
Türkiyədə yayımlanacaq “Recep İvedik 5” filminin treylerindəki boks səhnəsi müzakirəyə səbəb olub.
"Xəbəraz.az "-ın məlumatına görə, fevralın 17-də ekranlara çıxacaq filmdə azərbaycanlı boksçu ilə bağlı səhnə hiddət yaradıb.
Türkiyənin “Hürriyyət” qəzetinə açıqlama verən Girəsun Universitetinin əməkdaşı, professor Aygün Attar bildirib ki, treylerdə Türkiyə-Azərbaycan münasibətlərinin məzmununa uyğun olmayan səhnələr var.
Treylerdə əks olunan səhnə isə belədir: Boks yarışında Azərbaycan və Türkiyə boksçuları qarşılaşır. Sinəsində Azərbaycan bayrağı olan “idmançı” “mən səninlə cəng etməyə gəlmişəm” deyə türkiyəli “idmançı”ya qəzəblə hücum edir. Türk “idmançı” (Recep İvedik) “Mən də sənin ağız-burnunu qırmağa gəlmişəm” deyib, yumruğu digər aktyorun sinəsindəki Azərbaycan bayrağının üstünə vurur. Azərbaycan türkünü təmsil edən “idmançı” isə yerə sərilir.
Aygün Attar hesab edir ki, bu səhnə “adi komediya deyil, insanları güldürmək üçün hazırlanmayıb”.
O, Şahan Gökbaharı “ucuz üsullarla “komediya” yaratmaqda” ittiham edib.
“Ətrafda bu qədər rəqib ölkə varkən, sırf zarafat olsun deyə iki qardaş ölkəni qarşılaşdıran zehniyyət bu halın zarafatının belə yaxşı olmadığını anlamalıdır” deyə A. Attar əlavə edib: “Nəinki Azərbaycanın, dünyanın heç bir ölkəsinin bayrağına komediya olsun deyə yumruq vurmaq qəbuledilməzdir”.
Şahan Gökbahar isə sosial şəbəkədə buna münasibət bildirib və "biz üzmək üçün yox, güldürmək üçün varıq" deyə qeyd edib: "Bizdə qardaş ölkəmizə yanlış olmaz".
Xəbəri paylaş
9468 dəfə oxunub.
Digər xəbərlər

2-11-2017, 13:32
Fədayə Laçın şikayət etmədi
1-08-2017, 13:26
Rəqsanəni “vorzakon” hədələdi: 30 min pul tələbi
8-06-2017, 11:17
"Sənə nifrət edənlər..." - Kənandan Pərvinə
8-06-2016, 19:37
İki erməni hərbçisi öldü
21-02-2016, 21:41
Rusiya Ermənistanda çoxsaylı qırıcılar və vertolyotlar cəmləşdirir
27-05-2020, 23:27
Xanım sürücü "Prins Baku" ləqəbli altıqat dünya çempionunu xəstəxanalıq etdi - FOTO
9-04-2016, 20:23
İğdırda Ermənistan sərhədində yüzlərlə Azərbaycan bayrağı açılib
20-11-2018, 10:34
Qarakənd faciəsindən 27 il ötür
20-08-2016, 13:22
Gündə ən az yarım saat musiqi dinləməniz üçün 5 SƏBƏB
5-02-2017, 15:01
Şəhid Çingiz Qurbanovun nəşi qaytarıldı