Türkiyənin Boeing-i bağlara düşdü: 37 ölü, 47 yaralı - VİDEO
Tarix: 16-01-2017 | Saat: 11:51
Bölmə:Karusel / Hadisə / Dünya / Xəbəraz TV | çapa göndər
“Türk Hava Yolları”na məxsus yük təyyarəsinin Qırğızıstanda qəzaya uğraması nəticəsində 37 nəfər ölüb.
APA-nın “Kommersant”-a istinadən verdiyi xəbərə görə, bu barədə Qırğızıstan Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Hadisə yerində axtarış-xilasetmə işləri davam etdirilir. Ölənlərin sayının artacağı ehtimal olunur.
Nazirlikdən bildirilib ki, ölən 37 nəfərdən 30-un kimliyi müəyyənləşdirilib. Digər 7 cəsədinin qalıqları tapılıb.
Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 7-si uşaq olmaqla, 11 nəfər xəstəxanaya yerləşdirilib.
Ölkənin Baş Prokurorluğu faktla bağlı cinayət işi başlayıb.
***
10:08
Bişkekdə "Türk Hava Yolları"na məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 35 nəfərə çatıb. "Xəbəraz.az "-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, qəza nəticəsində 15 ev yerlə yeksan olub.
***
09:11
"Xəbəraz.az "-ın xəbərinə görə, Bişkekdə "Türk Hava Yolları"na məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.
***
09:01
Bişkekdə "Türk Hava Yolları"na məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların sayı 30 nəfərə çatıb. "Xəbəraz.az "-ın xəbərinə görə, bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Honkonq-Bişkek reysini yerinə yetirən "Turkish Airlines" şirkətinə məxsus "Boeing 747" yük təyyarəsi bu gün səhər qəzaya uğrayıb. Qırğızıstan FHN-nin məlumatına görə, hazırda həlak olanların sayı dəqiqləşdirilir. Qırğızıstanın səhiyyə naziri Talantbek Batıralıyev hazırda hadisə yerindədir. Xilasetmə işləri üçün xüsusi qərargah yaradılıb.
Hadisə nəticəsində 8 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 6-sı uşaqdır, yaralıların hamısı ağır xəsarət alıb.
***
07:25
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsinin qəzaya uğraması nəticəsində azı 16 nəfər ölüb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, qəza təyyarə eniş edərkən baş berib.
İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. “Boeing 747” təyyarəsinin Honkonq-Bişkək marşrutu üzrə uçduğu bildirilir.
***
Qırğızıstanın paytaxtı Bişkək yaxınlığında Türkiyənin “Türk Hava Yolları” (“Turkish Airlines”) aviaşirkətinə məxsus yük təyyarəsi qəzaya uğrayıb
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Manas” hava limanının mətbuat xidməti məlumat verib.
Təyyarənin göyərtəsində olanların taleyi barədə hələ ki, məlumat yoxdur. İlkin məlumata əsasən, təyyarə Bişkək yaxınlığındakı qəsəbənin ərazisinə düşüb. Hadisə yerində yanğın başlayıb. Qeyri-sabit hava şəraitin qəzaya səbəb olduğu ehtimal edilir.
Xəbəri paylaş
7468 dəfə oxunub.
Digər xəbərlər

3-10-2015, 21:00
Vasif Talıbovdan dövlət nişanı, fəxri adlar... - Siyahı
9-08-2020, 16:07
Məşhur aktrisa hamilədir? (FOTO)
2-10-2017, 20:19
İlqar Məmmədov vəkillərindən imtina etdi
31-05-2022, 10:49
Azərbaycanda dəhşətli hadisə: nişanlı qız oğlan evini yola salıb özünü asdı - Ətraflı
13-09-2020, 17:46
Qarabağa peşəkar muzdlular köçürülür–Video
10-08-2023, 20:23
10 yaşlı qıza toy etdilər - Tükürpədən səbəb
4-05-2016, 23:05
Çempionlar Liqasının ikinci finalçısı kim olacaq? - Yenilənir
29-07-2016, 12:37
Məhkəmədən QƏRAR! ANS daha efirdə olmayacaq - TƏCİLİ
6-11-2016, 17:36
İdmançımız ermənini nokauta saldı – Video