Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fənn olimpiadalarının ilk mərhələsi keçirildi
Tarix: 15-01-2017 | Saat: 15:48
Bölmə:Karusel / Gündəm / Təhsil | çapa göndər

Fənn olimpiadalarının ilk mərhələsi keçirildi


Bu gün ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci-rayon (şəhər) mərhələsi keçirilib.

Təhsil Nazirliyindən verilən məlumata görə, bilik yarışında 30000 nəfərə yaxın şagird iştirak edib.

Bakı şəhərində isə 14 müxtəlif mərkəzdə keçirilən olimpiadaya 6000 nəfərdən çox şagird qatılıb. Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq. Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 25-dək elan ediləcək.

Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların bilik və bacarıqlarını nümayiş etdirmələrinə yardım etməkdir.


Xəbəri paylaş

6608 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___