Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Gecə evə, arvadımın yanına adamlar gəlir, amma tuta bilmirəm" - Xanımını stəkanla öldürən kişi
Tarix: 13-01-2017 | Saat: 16:16
Bölmə:Karusel / Hadisə | çapa göndər

"Gecə evə, arvadımın yanına adamlar gəlir, amma tuta bilmirəm" - Xanımını stəkanla öldürən kişi


Arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən 1971-ci il təvəllüdlü Müzəffər Piriyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
"Xəbəraz.az " xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını qətlə yetirən Piriyev və digər şahidlər ifadə veriblər. Prosesdə təqsirləndirilənin 9 yaşlı qızı ifadə verib. O ifadəsində anası ilə atası arasında daim dava-dalaş olduğunu deyib: "Atam əsəbiləşib anamı döyürdü. Məktəbə vaxtı-vaxtında getməyimə də icazə vermirdi. Anamı çox istəyirdim, içib bizə əziyyət edirdi".

Hadisə günündən danışan 9 yaşlı qız bildirib ki, həmin vaxt onlar rayonda olub: "Anam Bakıda evə idi. Bu adam babama zəng elədi ki, "Cəlaləni öldürmüşəm, özüm də gedirəm polisə". Anamın dalınca danışır ki, başqa kişilərlə görüşürdü. Yalandır, evimizə başqa kişi gəlməyib".

Prosesdə mərhumun bacısının əri Nicat Süleymanov ifadə verib. O, ifadəsində Müzəffər Piriyevin qısqanc və psixi problemlərinin olduğunu söyləyib. "Mənə deyirdi ki, gecə evə adamlar gəlir. Amma tuta bilmir. Kondisionerin yerini "skoçlamışdı". Deyirdi ki, oradan evə adam gəlir".

Məhkəmə istintaqı başa çatıb. Söz dövlət ittihamçısına verilib. Prokuror çıxışında 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmənin növbəti iclası yanvarın 18-nə təyin edilib.

Qeyd edək ki, qətl Səbail rayonu, Gülbala Əliyev küçəsi 13 ünvanında baş verib. Həmin ünvanda yaşayan 1971-ci il təvəllüdlü Piriyev Müzəffər Zərintac oğlu ailə-məişət münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci ildə anadan olmuş Abbasova Cəlalə Yaşıl qızını boğaraq öldürüb. Hadisədən sonra Müzəffər Piriyev özü polisə gələrək hadisə barədə məlumat verib. İlkin dindirilmə zamanı Piriyev arvadını boğduğunu bəyan edib. Amma cəsədin müayinəsi zamanı patoloqoanatomlar başqa nəticəyə gəliblər. Abbasova beyninə qan sızma nəticəsində ölüb. Səbəb isə başına vurulan zərbələr olub. Baş nahiyəsində olan yaralar bunu sübut edir. Şüşə stəkan ilə Piriyev var qüvvəsi ilə arvadının başına bir neçə zərbə vurub. Stəkan sınmayıb, o əşyayi-dəlil kimi hüquq mühafizə orqanı əməkdaşları tərəfindən müsadirə edilib. Qətli törədərkən Piriyev narkotik vasitələrin təsiri altında olub. Bundan başqa, davranışı onda şizofrenik meyllərin olduğuna işarə edir. Müzəffər Piriyev əvvələr də məhkumluq həyatı yaşayıb və sonuncu dəfə 2001-ci ildə narkotik maddələrin qanunsuz dövriyyəsinə görə həbs edilib və 1 il həbsxanada qaldıqdan sonra azadlığa çıxıb.




Xəbəri paylaş

1 2198 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___