ATV-dəki Turan özünü necə biabır etdi - Video
Tarix: 13-01-2017 | Saat: 14:57
Bölmə:Karusel / Şou-Biznes / Xəbəraz TV | çapa göndər
"Azad Azərbaycan" Müstəqil Teleradio Şirkətinin (ATV) "ATV səhər" proqramının aparıcısı Turan İbrahimov verilişin 2016-cı il 15 noyabr tarixli yayımında ciddi savadsızlığa yol verməklə yanaşı, görkəmli bəstəkar, məşhur şair və nəhəng ifaçının tandemindən yaranan möhtəşəm "Gedək üzü küləyə" mahnısına qarşı açıq şəkildə kinayə nümayiş etdirib.
"Xəbəraz.az " xəbər verir ki, klassik bəstəkarlarımızın mahnılarını ifa etməklə qısa müddətdə Feysbuk sosial şəbəkəsində populyarlaşan gənc ifaçı Çinarə Məlikzadənin təqdimatı zamanı onun oxuduğu "Gedək üzü küləyə" mahnısını xatırladan aparıcı tamaşaçıda ikrah yarada biləcək qırıq-qırıq ifadələr işlədib: "... özü də oxuduğu mahnı deyəsən diqqət çəkib... (burada kinayə təbəssümlü "hi..." şəkili jest etməyi də unutmayıb - red.)... gedək üzü küləyə... gedək üzü küləyə hansı mahnıdır bilmirəm, amma indi hamısını özünüz görəcəksiz".
Ardından Çinarə xanımla süjet göstərilib. İfaçı süjetdə "Gedək üzü küləyə" mahnısına müraciət etməsinin səbəbini açıqlayır: "Gedək üzü küləyə"ni universitet vaxtlarından ifa edirdim, çox xoşuma gəlirdi. Ümumiyyətlə, Şövkət Ələkbərovanın ifasını dinləyirəm, çox xoşuma gəlir...".
Göründüyü kimi, Çinarə Məlikzadə həmin mahnının ən azı kimin repertuarından olduğunu deyir. Aparıcı Turan bəy giriş verməmişdən öncə o süjetə baxsaydı, Şövkət Ələkbərovanın adını eşidib, heç olmasa jestlərini cilovlayardı... bəlkə də cilovlayardı. Əslində haqqında danışdığın insanın gərək əvvəl açıqlamasını dinləyəsən ki, onu necə təqdim etməyi dəqiqləşdirəsən - jurnalistikanın sadə prinsiplərindən biridir.
İkinci tərəfdən, "Gedək üzü küləyə" mahnısına kinayə ilə yanaşmaq, gərək jurnalistdən, həm də ATV kimi telekanalın 2 saatlıq səhər verilişini aparan jurnalistdən uzaq olsun.
Xatırlatma: "Gedək üzü küləyə" mahnısının sözlərini Əliağa Kürçaylı yazıb, bəstəkarı Elza İbrahimova, ilk və möhürlü ifaçısı Şövkət Ələkbərovadır.
Xəbəri paylaş
1 2218 dəfə oxunub.
Digər xəbərlər

6-09-2017, 10:38
Abituriyentlərin nəzərinə: bu gün son gündür
29-07-2016, 17:48
Murad Dalkılıç Bakıdadır - foto
12-12-2015, 19:50
Azərbaycanlı kriminal avtoritetin sifətini tanınmaz hala saldılar
16-04-2019, 20:01
Qələndər Canbaxışov səhv əməliyat etdi,şikəst qaldım- Əməkdar həkimə qarşı ŞOK İTTİHAM
21-05-2016, 21:47
Sərkisyan tələfat olmadan da əraziləri verə bilərdi - Hayrikyan
27-07-2023, 10:59
Ehtiyatsızlıq, yoxsa...? - Lənkəranda icra başçısının qardaşının ölümünün TƏFƏRRÜATLARI - FOTO - VİDEO
3-09-2021, 11:43
“AS GROUP”-un “MİSİLSİZ XEYRİYYƏÇİLİYİ”... - 100 milyonluq borcu bir mənzillə “silmək” olarmı?
15-05-2017, 10:42
Nigar Camaldan gecə klubunda cazibədar rəqs - video
17-08-2018, 13:08
Şagirdləri daim zəif nəticə göstərən müəllimlərin məsuliyyəti məsələsinə baxılacaq