“Bakıda tanınmış müğənnilərə bıçaqlı hücum - Toy pulları əllərindən alındı
Tarix: 13-01-2017 | Saat: 12:16
Bölmə:Karusel / Hadisə / Şou-Biznes | çapa göndər
Bakıda tanınmış müğənnilərə qarşı soyğunçuluq edilib.
"Xəbəraz.az "-ın xəbərinə görə, hadisə Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Binəqədi rayonu ərazisində toydan çıxıb evə getmək istəyən tanınmış müğənni Ramal İsrafilovun avtomobilinin qarşısını naməlum şəxslər avtomobil ilə kəsərək ona bıçaqla hədə-qorxu gəlib və pul tələb ediblər. Onlar müğənninin toydan qazandığı pulları alaraq ərazidən uzaqlaşıb.
Həmin gün oxşar hadisə eyni rayonda "Şeron" qrupunun keçmiş üzvü, "Şadan" qrupunun rəhbəri və solisti İntizar Məmmədova qarşı da törədilib. Belə ki, müğənninin qarşısına iki naməlum şəxs çıxaraq ondan pul tələb edib. Onun da toydan qazandığı pulları alan şəxslər ərazidən uzaqlaşıb.
Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı məlum olub ki, hər iki hadisəni eyni dəstənin üzvü olan 5 nəfər törədib. RPİ əməkdaşları onlardan 4-nü saxlayıb. Belə ki, hadisəni törətməkdə şübhəli bilinən Bağırov Vazeh Valeh oğlu (əvvəllər adam öldürdüyünə görə məhkumluk həyatı yaşayıb, "Vaska" kimi tanınır), Gündüz Ağayev və digər iki nəfər (onların adları açıqlanmayıb) tutulub.
Daha bir nəfər isə ölkədən qaçıb.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Xəbəri paylaş
6388 dəfə oxunub.
Digər xəbərlər

4-02-2016, 14:50
“İcra başçısı yeni iş yerlərinin sayını açıqladı - İllik hesabat
27-06-2021, 16:08
Könüllü savaşa getmiş “internat uşağı” niyə medalsız qaldı?
25-11-2016, 17:03
Saakaşvili xalqı meydana səslədi - Poroşenkoya “qırmızı vərəqə”
21-04-2018, 20:17
Müğənnilər Nüşabə Ələsgərlini qınadılar: "Görməmişlik..."
12-07-2016, 20:26
ATV-nin aparıcısının körpəsi ilə İLK FOTOSU
28-12-2015, 16:33
Əkiz bacılar sosial şəbəkələrdə məşhurlaşdı (VİDEO, FOTO)
2-12-2016, 17:23
Prezident İlham Əliyev və xanımı Zərdabda - FOTO
11-09-2019, 12:43
“O, Dağlıq Qarabağın Ermənistana verilməsini istəyir...” - ETİRAZ
15-08-2015, 20:24
Qəpiyinizi verin bu adama: Üzük edib qaytaracaq… (Video izlə)