“AI-92” benzinin qiyməti qalxa bilərmi? - Açıqlama
Tarix: 13-01-2017 | Saat: 12:09
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər
Xəbər verdiyimiz kimi, dünəndən etibarən Azərbaycana xaricdən idxal olunan "AI-95 Premium" markalı benzinin qiyməti 10 qəpik qalxaraq 1,05 AZN olub. Qiymət artımının Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilmədiyi bildirilsə də, iqtisadçılar yaxın gələcəkdə yerli istehsalda da qiymət fərqinin yaranacağını iddia edir.
“Qafqazinfo” məsələylə bağlı ekspert Natiq Cəfərlidən münasibət öyrənib. İqtisadçı bildirib ki, müəyyən nüanslar var ki, qiymət artımını qaçılmaz edir:
“Düzdür, "AI-95 Premium" markalı benzinin qiymətini Tarif Şurası müəyyən etmir. Əslində, sərbəst bazar qiyməti olmalı və tez-tez dəyişməli idi. Ancaq Azərbaycanda rəqabət mühiti olmadığı və benzini bir şirkət gətirdiyinə görə qiymət standartı ilk gündən bu günə kimi eyni davam edirdi. Nəyə görə qiymət artımı “AI-92” markalı benzinə də şamil oluna bilər?
Hazırda psixoloji ortam yarandı və qiymət artımının mümkün olacağı gözləntilərini yüksəltdi. Dünya bazarında da neftin qiymətində müəyyən dəyişikliklər var ki, təxminən 56-57 dollara qədər Azərbaycan nefti qalxır. Çox zaman xam nefti xarici valyuta ilə satmaq yerli şirkətlərə daha çox xeyir gətirir. Bu səbəbdən də SOCAR gələcəkdə xaricə xam neft satmağa üstünlük verə bilər. Belə olduğu halda da yerli istehsal olan benzin qiymətlərinə təsir edəcək.
Bundan başqa, bir müddət əvvəl belə bir xəbər var idi ki, SOCAR-ın neftayırma zavodları hissə-hissə təmirə bağlana bilər. Bu zaman hətta “AI-92” markalı benzin də xaricdən alınacaq. O cümlədən, Rusiyadan almağı düşünürdülər. Əgər benzin xaricdən alınsa, bu sahədə də qiymət fərqi yaranacaq və Tarif Şurası qiymətləri artırmaq məcburiyyətində qalacaq”.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə “Qafqazinfo”ya açıqlamasında “AI-92” markalı benzinin qiymətinin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına hər hansı bir müraciətin daxil olmadığını və hazırda bu məsələnin qurumda müzakirə edilmədiyini bildirib.
Xəbəri paylaş
7248 dəfə oxunub.
Digər xəbərlər

20-08-2015, 22:02
Elzanın qızının xına gecəsindən – FOTO
30-01-2016, 17:30
Mənzildə qumarxana aşkar edildi - Biləsuvar
20-09-2015, 15:31
Taksi Sürücüsünün özünü yandırmasına səbəb olan "QAİ"...
12-11-2017, 14:04
Nəvə 79 yaşlı nənəsini öldürdü - ŞƏKİDƏ
31-01-2022, 15:35
“Polisdə olmuşam, amma narkotik satmaqla saxlanılmamışam” - VİDEO
22-07-2023, 16:16
Yağış, külək və 40 dərəcə isti… - Sabahın hava proqnozu
25-04-2018, 12:05
"Damla, Şəbnəm, Üzeyirə qulaq asa bilmərəm"
4-11-2016, 11:50
PKK Türkiyəyə belə girirmiş – Gizli tunel/Foto
10-05-2016, 14:43
Rusiya təhlükəli raketi silahlanmaya qəbul edir
13-01-2019, 11:19
Könül Xasıyevaya ağır itki