Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər'' - FOTO
Tarix: 12-01-2017 | Saat: 12:36
Bölmə:Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər''  - FOTO



11:50

Bakıda cavan ananın ''qrija'' əməliyyatı zamanı ölməsində ailə üzvləri həkimi gunahkar sayır.

''15 dəqiqəlik əməliyyat idi. Bütün analizləri normal çıxmışdı. Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saat sonra "nasılka"da meyitini "korridor"a qoydular ki, aparın''.

Milli.Az xəbər verir ki, bu fikirləri criminal.az saytına dünən 5 saylı xəstəxanada qasıq yırtığından əməliyyat zamanı dünyasını dəyişən 31 yaşlı Vüsalə Məmmədovanın həyat yoldaşı Şaqif Məmmədov bildirib. Onun sözlərinə görə, həkimlər ölümün ayaqdakı trombdan baş verdiyini dedilər:

''Hərə bir söz deyir. Gah deyirlər damarı zədələnib, gah deyirlər narkoz zamanı keçinib. Bir onu deyə bilərəm ki, bir saat sonra Vüsalənin cansız bədənini bizə verdilər. Əməliyyat üçün verdiyim 350 manatı həkim geri qaytardı və ''olur da belə şeylər'' deyərək getdi''.

Mərhumun qohumları da Vüsalənin ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirdilər ki, 15 dəqiqəlik dərialtı əməliyyata görə xəstənin ölməsində ancaq həkim günahkardır.

''Üç uşaq ana deyərək ağlayır. Balaca uşağın iki yaşı var. Çox dəhşətli vəziyyətdir. Meyiti ekspertizaya gətirmişik. Hadisə baş verəndən sonra heç həkimlər polisə belə məlumat verməyiblər. Meyiti "korridor"a çıxararaq ərinə veriblər ki apar. Biz yenidən məsələnin araşdırılmasını istədik'', - mərhumun qohumları bildirdilər.

Cərrah Anar Mehdiyev isə criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda prokurorluq tərəfindən araşdırma aparılır. Ekspert rəyindən sonra ölümün dəqiq səbəbi məlum olacaq.

Həkimin sözlərinə görə, ölüm hadisəsində həkim səhlənkarlığından söhbət gedə bilməz:

''Əməliyyat zamanı qanaxma baş verməyib. Xəstə əməliyyat olunduqdan bir saat sonra vəziyyəti pisləşdi və bioloji ölüm baş verdi. Ehtimal edirik ki, trobdan ölüm baş verə bilər. Ancaq mənşəyi bilinməyən başqa xəstəliklərindən də olması mümkündür. 15-20 dəqiqəlik əməliyyat idi..''.

----------

10:42

Bu gün Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib. Milli.Az bildirir ki, mərhumun yaxınları criminal.az saytına deyiblər ki, 3 uşaq anası olan Vüsalə bu gün 5 saylı xəstəxanada ''qrija'' əməliyyatı olunub. Lakin xəstə əməliyyat masasında keçinib.

Mərhumun ailəsi yaxınlarının ölümündə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq ''olur də belə şeylər'' deyərək gedib.

Mərhum xanımın 3 azyaşlı uşağı anasız qalıb.


Bakıda 3 uşaq anası əməliyyat masasında öldü - Həkim: "Olur da belə şeylər''  - FOTO



1868 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
22-11-2017
bütün xəbərlər
«    Noyabr 2017    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
____ Instagram ___