Zülfiyyə: "Qardaşım dedi ki, başımızı yerə soxdun" - VİDEO
Tarix: 11-01-2017 | Saat: 15:32
Bölmə:Karusel / İdman / Xəbəraz TV | çapa göndər
"Anam deyirdi ki, al başına, çırp yerə"
ARB TV-də yayımlanan "Gəlin danışaq" proqramının növbəti qonağı cüdoçu, sambo üzrə 11 qat dünya çempionu Zülfiyyə Hüseynova olub.
Maraqlı açıqlamaları ilə yaddan qalan idmançı ilk məşqindən və ailəsinin onun seçdiyi peşəyə olan baxışından danışıb.
"İlk məşqimə anam apardı. Məcid müəllim 1 məşq keçdikdən sonra gördü ki, fiziki cəhətdən çox güclüyəm, amma texnikadan anlayışım yoxdur. Yalnız uşaqlıqda elədiyimiz "badalaq" fənnini bilirdim. Anam gəlib Məcid müəllimə dedi ki, bundan bir şey çıxacaqsa, qalsın, çıxmayacaqsa, aparım. Müəllim mənə baxaraq: "Yox, çıxar, niyə çıxmasın? Hələ bir məşqə mən nə deyə bilərəm?" - dedi. Ailəm çalışırdı ki, mən idmandan uzaqlaşım. Amma Allahın yazdığına pozu yoxdu. Şükürlər olsun".
Dünya çempionu həmçinin ailəsinin ona dəstəyini də qeyd edib.
"Bir yarışda 3-cü yerə çıxdım. Qardaşım gəlib dedi ki, başımızı soxdun yerə. Niyə 1-ci yerə çıxa bilmədin? Dedim ki, heç mənə icazə vermirdin idmana getməyə, indi isə 1-ci yer istəyirsən. Anam da həmişə deyirdi, meydana çıxanda al başına, çırp yerə. Başa salırdım ki, mənimlə qarşılaşan da idmançıdır və mənim bildiklərimi onlar da bilirlər. Deyirdi ki, yox, sən mənim qızımsan, sən gərək başına alıb çırpasan yerə. Ailəm Azərbaycandakı yarışlara gəlirdi, ancaq xarici dövlətlərdə təşkil olunanlara - yox".
Xəbəri paylaş
1 4008 dəfə oxunub.
Digər xəbərlər

20-10-2016, 17:08
Ölkəmiz yeni – postneft dövrünə daxil olub - Əli Həsənov
6-07-2015, 23:41
Bir nəfəri xilas edərkən dənizdə batan polisin AİLƏSİNDƏN REPORTAJ
28-06-2016, 22:11
Türkiyə-İsrail yaxınlaşması Fələstini ikiyə böldü
29-10-2023, 21:04
"Yarı həkim candan edər"
15-12-2016, 11:26
SABUNÇUDA eyni anda üç nəfəri avtomobil vurdu
4-12-2016, 14:53
Polislər bir-birini güllələdilər: 5 ölü
12-03-2018, 12:12
Rəşid Behbudovun qızından Faiq Ağayevə ETİRAZ
23-05-2017, 12:16
Azərbaycanda dönər aparatı faciəyə səbəb oldu: ölən var
15-11-2017, 10:55
Bakı metrosunda gərgin anlar: Qadın relslərin üstünə yıxıldı
14-09-2016, 23:19
ANS məcburi qaydada pul ödədi - 77 min