"Ev neçə yerdən partlayıb" - Şamaxıda sürüşmə təhlükəsi - VİDEO
Tarix: 09-01-2017 | Saat: 20:53
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər
Şamaxıda yağan qarın əriməsi sürüşmə ərazilərində torpaq uçqunlarının baş verməsinə, evlərin və əkin sahələrinin yararsız vəziyyətə düşməsinə səbəb olub.
ARB Şəki xəbər verir ki, Şamaxıdakı sürüşmə ərazilərində təkrar torpaq uçqunları baş verib.
Rayon ərazisindəki ən təhlükəli sürüşmə ocaqlarının yerləşdiyi Mədrəsə qəsəbəsində baş verən torpaq axını yenidən aktivləşib. Evlərin divarlarındakı çatlar hər gün genişlənir. Artıq kənddə 7 ev qəzalı vəziyyətə düşüb ki, onların ikisində vəziyyət daha acınacaqlıdır. Hər gün yaşanan sürüşmə yaşayış evlərində açıq-aşkar şəkildə hiss olunmaqdadır. Bu səbəbdən sakinlər öz evlərində gecələməyə qorxurlar.
Qalib Qəhrəmanov - Şamaxı sakini: "Ev neçə yerdən partlayıb. Qoca anamı, körpə uşağı heç yerə apara bilmirəm".
Sürüşmə evlərlə yanaşı, vətəndaşlara məxsus əkin sahələrində də qeydə alınıb. Nəticədə sahələr yararsız vəziyyətə düşüb. Ərazidə əkin işlərinin aparılması mümkünsüzdür.
Xəbəri paylaş
7138 dəfə oxunub.
Digər xəbərlər

5-01-2017, 12:42
Bakıda 14 dərəcə isti olacaq
16-03-2019, 17:09
Prezident İlham Əliyev Əli İnsanovu da əfv etdi
8-05-2016, 21:05
Rus tankları İstanbuldan keçdi - Video
22-11-2022, 13:31
Restoranlarda eşşək ətindən istifadə olunur – Mütəxəssisdən ŞOK MÜSAHİBƏ
9-06-2015, 13:40
Yeni kondisionerli qatarlar tam olaraq istifadəyə verildi - FOTO
28-05-2022, 11:20
Orqanizmə ən zərərli çay açıqlandı: Zibildən hazırlanır
16-09-2016, 23:47
Məşhur müğənni arvadı ilə Həccdə - FOTO
30-06-2016, 21:58
Bakının maşın bazarı yanır - VİDEO
5-11-2017, 12:15
Ermənistan atəşkəsi 125 dəfə pozdu