Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

"Rədd ol yoldan" dedilər, maşını əzdim"
Tarix: 09-01-2017 | Saat: 17:14
Bölmə:K, Hadisə | çapa göndər

"Rədd ol yoldan" dedilər, maşını əzdim"


Bakı Ağır Cinayətlər Məhkəməsində Yol Patrul Xidməti (YPX) avtomobilini çəkiclə əzən Şahin Bəylərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xəbəraz.az " APA-ya istinadən xəbər verir ki, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə veriblər.

Aqil Səfərov ifadəsində deyib ki, Nizami Rayon Polis İdarəsində sahə inspektoru vəzifəsində çalışır. O deyib ki, Ş. Bəylərov YPX avtomobilini çəkiclə əzdiyi üçün bölməyə gətirilib. Şahidin sözlərinə görə, tutulan şəxs bölməyə gətirildikdən sonra onun cibində sellofana bükülü narkotik vasitə aşkarlanıb: "Şahin Bəylərov narkotiki haradan alması barədə məlumat vermədi. Ancaq könüllü şəkildə bunu bizə təqdim etdi".

Təqsirləndirilən Ş. Bəylərov şahidin ifadəsi ilə razılaşmayıb və bunun yalan olduğunu deyib. O, narkotik vasitə istifadə etmədiyini bildirib.

Ş. Bəylərov ifadəsində YPX avtomobilini polis əməkdaşları tərəfindən təhqir olunduğu üçün əzdiyini qeyd edib: "Avtomobil idarə edəndə çox vaxt məni saxlayırdılar. Bezmişdim. Bir dəfə də piyada keçidi ilə hərəkət edəndə mənə dedilər ki, "rədd ol yoldan". Buna görə əsəbləşib, avtomobilə hücum etdim".

Nərimanov Rayon Polis İdarəsinin əməliyyat müvəkkilli Seyidağa Abbasov deyib ki, 2016-cı ilin fevralın 17-də Ş. Bəylərov bölməyə gətirilərkən hal şahidlərinin iştirakı ilə üzərinə baxış keçirilib və narkotik maddə tapılıb.

Proses yanvarın 16-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il fevralın 18-də Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, əvvəllər məhkum edilmiş Ş.Bəylərov Bakıda xidmət aparan "BMW" markalı, 99-YP-423 dövlət qeydiyyat nişanlı YPX avtomobilinin alın şüşəsini, yan güzgülərini, mayak sistemini, yük və dam hissəsini, ön və arxa faralarını çəkiclə sındırıb.

Daha sonra Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılan şəxsin sərxoş halda olması müəyyənləşib. Ondan 302,477 qram heroin götürülüb. O, Cinayət Məcəlləsinin 186.1-ci (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunur.



1468 dəfə oxunub.

Digər xəbərlər
4-09-2015, 16:26 İlham Əliyev Xızıda

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
47-20+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___