Bakıda biznes mərkəzindəki güllələnmənin SƏBƏBİ məlum oldu-VIDEO +FOTOLAR
Tarix: 08-01-2017 | Saat: 16:01
Bölmə:Karusel / Hadisə / Foto-fakt / Xəbəraz TV | çapa göndər
Dünən Bakının mərkəzində, metronun “Xətai” stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində iş yoldaşı tərəfindən güllələnərək öldürülən 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlu doğulduğu Masallı rayonunda dəfn edilib. 24 yaşlı Ə.Ağalının cənazəsi bu gün səhər Masallının Şərəfə kəndinə gətirilib və günorta saatlarında kənd qəbiristanlığında dəfn edilib.
Kənd sakinləri lə söhbətlərində mərhumun ailəsini müsbət xaraterizə ediblər və mömin nəsil olduqlarını, atasının və bir çox qohumlarının Həcc ziyarətində olduğunu deyiblər.
Bu arada məlum qətl hadisəsinin təfərrüatları da məlum olub. Qətldən bir gün əvvəl İraq Hava Yollarının Bakı nümayəndəliyinin sürücüsü, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu ilə həmin şirkətin meneceri Əli Ağalı arasında mübahisə yaranıb. Mübahisə hər iki şəxs şirkətə məxsus avtomobillə aeroporta gedərkən baş verib. Aeroportda Ə.Ağalı sürücüyə vitrinin arxasına keçməklə bağlı irad bildirib və tərəflər arasında münasibət daha da kəskinləşib. Özündən yaşca 4 yaş kiçik iş yoldaşının ona olan münasibətini qəbul edə bilməyən E.Bəşirov mübahisədən bir gün sonra, yəni dünən iş gələrkən evdən özünə məxsus olan və ov tüfəngi kimi rəsmi qeydiyyatdan keçmiş “Vinçester” markalı silahını götürüb. O, ofisdə Ə.Ağalıya yaxınlaşaraq bir neçə dəfə atəş açıb. Başından güllə yaraları alan 24 yaşlı Əli hadisə yerindəcə keçinib.
Hadisədən sonra E.Bəşirov silahını götürərək polis bölməsinə gedib və təslim olub.
*****
7 yanvar
Bakı şəhərindəki “Demirchi Tower” biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.
APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, “Vinçester” tüfəngindən açılan atəşlə öldürülüb.
Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.
***
14:14
Bakı şəhərindəki “Dəmirci Tower” biznes mərkəzində silahlı insident baş verib.
APA-nın məlumatına görə, hadisə binanın 3-cü mərtəbəsində yerləşən İraq Hava Yollarının ofisində baş verib. Bir nəfərin qətlə yetirildiyi bildirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədir.
Xəbəri paylaş
1 1108 dəfə oxunub.
Digər xəbərlər

26-06-2023, 12:36
Sabah 37° isti olacaq
14-04-2017, 22:56
Sürücülük vəsiqəsi almaq üçün hansı prosedurlardan keçmək lazımdır?
27-04-2016, 14:00
“Müğənnilər yaşlanandan sonra toyda oxumasınlar“
15-11-2015, 22:51
Hamilələr, mobil telefondan uzaq durun – TÖVSİYƏLƏR
2-01-2022, 11:35
"Şaban"ın oğlu yeni ili ətəkdə qarşıladı - FOTO
13-06-2021, 13:08
Zabit 2 il sonra rinqə qayıtdı, qalib gəldi - Video
31-05-2017, 12:37
Bu aparıcılar Ramazan ayında nə qədər qazanacaq?
28-05-2019, 18:46
Azərbaycanlı idmançı Yaponiyada növbəti döyüşə çıxır – Foto
20-08-2021, 11:09
Qardaş bacısının başını buna görə kəsib - TƏFƏRRÜAT
23-07-2022, 10:15
Bakıda həkim intihar etdi