Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda ofisdə qətl - Gənc oğlanı başından güllələdilər-VIDEO
Tarix: 07-01-2017 | Saat: 16:16
Bölmə:Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Bakıda ofisdə qətl - Gənc oğlanı başından güllələdilər-VIDEO

Bakıda məşhur plazada atışma - Başından güllələdilər + Yenilənib
15:32

Bakının Xətai rayonu ərazisində qətl hadisəsi baş verib.

Xətai Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, hadisə "Demirchi Tower" biznes mərkəzində baş verib. 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu Bakı şəhər sakini 1993-cü il təvəllüdlü Ağalı Əli Valid oğlunu qətlə yetirib. Qətl hadisəsini törədən şəxs saxlanılıb.

Faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

---------

14:34

Bakı şəhərindəki "Demirchi Tower" biznes mərkəzində öldürülən şəxsin kimliyi açıqlanıb.

"Xəbəraz.az "xəbər verir ki, APA-nın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, silahlı insident nəticəsində 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Ağalı Əli Valid oğlu qətlə yetirilib. O, "Vinçester" tüfəngindən açılan atəşlə öldürülüb.

Qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Bəşirov Elşən Rəfayət oğlu saxlanılıb.

----------

14:32

Bakıda ofisdə qətl hadisəsi baş verib.

"Xəbəraz.az " report-a istinadən xəbər verir ki, hadisə İraq Hava Yollarının Bakı ofisində ("Dəmirçi Plaza") qeydə alınıb.
Orta yaşlı naməlum şəxs ofisdə işləyən qızın baş nahiyəsinə odlu silahdan atəş açaraq onu qətlə yetirib.

Hadisənin məişət zəminində baş verdiyi ehtimal edilir.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.




Xəbəri paylaş

1 5398 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___