DYP: Parkomatlar yol polisinin səlahiyyətində deyil
Tarix: 06-01-2017 | Saat: 22:24
Bölmə:Karusel / Gündəm / Bizim seçim | çapa göndər
Milli Məclisin yaz sessiyasının son plenar iclaslarında Bakıda parkomatlarda qiymətlərin yüksək olması ilə bağlı məsələ qaldırıldı və müzakirələrə səbəb oldu. Qeyd olundu ki, yeraltı parkomatlarda qiymətlərin baha olması həmin parkomatlardan istifadə edən sürücülərin azlığına səbəb olur.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, parkomatlarda qiymətlərin müəyyən edilməsi yol polisinin səlahiyyətində deyil, amma parkomatlarda qiymətlər aşağı olsa, bu, qanunsuz yerdə avtomobil saxlayan sürücülərin də sayının azalmasına səbəb olar: “Ən azı yol polisinin dayanma-durma ilə bağlı keçirdiyi tədbirlər ilə müsbət nəticələr əldə etmək mümkündür”.
Nəqliyyat üzrə ekspert Ərşad Hüseynov da parkomatlarda qiymətlərin yüksək olması qənaətindədir. Ə.Hüseynov Trend-ə bildirib ki, bu gün Bakıda istər yeraltı, istərsə də yerüstü parkomatlarda qiymətlər müvafiq səviyyədə deyil: “Hər parkomatda müxtəlif qiymət mövcuddur. Parkomatlarda konkret tarif olmalıdır və hesab edirəm ki, bu tarif də Tarif Şurası tərəfindən müəyyən edilməlidir. O cümlədən güzəştli şərtlər və onların kimə şamil edilməsi müəyyən edilməlidir. Bundan əlavə dünya təcrübəsinə əsaslanaraq, öncədən ödəniş etməklə parkomatlardan istifadə qaydaları da müəyyən edilməlidir. Məsələn kimsə bir ilin ödənişini əvvəlcədən edirsə, bunun üçün həm parkomat, həm də avtomobil sahibi üçün əlverişli tarif müəyyən edilə bilər”.
Xəbəri paylaş
7218 dəfə oxunub.
Digər xəbərlər

18-09-2016, 17:01
Özünü partladacağını deyən şəxs yalan danışırmış - MOSKVADA
10-12-2022, 09:52
Mobil telefonlarla bağlı cərimələr TƏSDİQLƏNDİ - Bunu edənlər 12 min manat cərimə ödəyəcəklər
10-02-2016, 11:16
23 yaşlı tələbə Nigar bu səbəbdən intihar edib?
1-01-2023, 12:57
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin açılması mütləq olmalıdır, Ermənistan bunu istəsə də, istəməsə də
10-09-2017, 10:13
“İndi sən heç görmürsən?” sualını verənlər öncə BU XƏBƏRİ OXUSUN
5-10-2016, 09:56
Azərbaycanda Müəllimlər Günü qeyd olunur
2-11-2018, 15:04
Bakıda iş axtaranlara ŞAD XƏBƏR
25-03-2018, 20:24
Azərbaycan Prezidenti İlham Əliyev Bərdə rayonuna səfərə gəlib
9-11-2015, 19:41
Hollivud ulduzu Ağalarovun ad günündə - fotolar
2-09-2020, 16:56
Adil Əliyevdən Mehdiyevə sensasion ittihamlar