Azərbaycanda 12 kredit ittifaqı ləğv edildi - Palata qərar verdi
Tarix: 06-01-2017 | Saat: 15:41
Bölmə:Karusel / İqtisadiyyat / Bizim seçim | çapa göndər
Azərbaycanda 12 kredit ittifaqının lisenziyaları ləğv edilib.
Azərbaycanın Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının qərarına əsasən, "Arzu Kredit İttifaqı", "Azəriinvest Kredit İttifaqı", "Cənub Kredit İttifaqı", "Ceyhun Kredit İttifaqı", "Compass Kredit İttifaqı", "F.A.S. Kredit İttifaqı", "Həkəri Kredit İttifaqı", "Kredo-İnvest Kredit İttifaqı", "Real Kredit İttifaqı", "Tərəkəmə Kredit İttifaqı", "Tural Kredit İttifaqı" və "Yardımlı Kredit İttifaqı"nın fəaliyyətinə verilmiş lisenziyalar ləğv edilib.
"Xəbəraz.az " xəbər verir ki, Palatadan Trend-ə verilən məlumata görə, lisenziyaların ləğv edilməsinə səbəb sözügedən kredit ittifaqları tərəfindən hesabatlıq qaydalarına riayət olunmaması, habelə bu təşkilatlar üzrə 2015-ci il üçün kənar auditin aparılmaması faktları olub.
Palata "Kredit ittifaqına bank fəaliyyətinin həyata keçirilməsi üçün xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları"nın 4.4.4-cü və Palatanın Nizamnaməsinin 5.3.20-ci yarımbəndlərini rəhbər tutaraq sözügedən kredit ittifaqlarının fəaliyyətinə verilmiş lisenziyaları ləğv edib.
Qeyd edək, Palata fəaliyyətə başladığı dövrdən etibarən bank sektorunda aktiv siyasət və tənzimləmə tədbirlərinin həyata keçirilməsi ilə yanaşı, bank olmayan kredit təşkilatlarının fəaliyyətinə də xüsusi nəzarət rejimi tətbiq etməyə davam edir. Belə ki, kredit təşkilatları tərəfindən prudensial normativlərə və mövcud qanunvericiliyin tələblərinə riayət olunmaması hallarına qarşı adekvat tədbirlər görülür.
Xəbəri paylaş
8558 dəfə oxunub.
Digər xəbərlər

25-05-2017, 15:12
Ermənilər işğal altında olan Böyük Mərcanlı kəndini yandırdı
9-09-2015, 23:41
Hakan və Leyli cütlüyü məşhur jurnalda
28-05-2019, 10:57
Ərindən ayrılan azərbaycanlı müğənni: Həyatım diskotekalarda keçib
26-05-2016, 22:14
PKK-çılar kürd paraşütçüyə 3 güllə vurdu – Video
19-05-2018, 19:26
Daha bir körpə doğuş zamanı öldü
5-07-2015, 13:10
Ermənilər Qarabağa “İsgəndər” yerləşdirə bilməyəcək
19-12-2016, 22:55
Tramp milyarderi müdafiə naziri təyin etdi - Foto
23-11-2015, 16:10
İŞİD qadınları etiraf edirlər - VİDEO
9-02-2020, 22:18
Adil Əliyev qələbəsini belə qeyd etdi - VİDEO