Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Qərargahdan itkin düşən neftçilərlə bağlı YENİ MƏLUMAT
Tarix: 05-01-2017 | Saat: 15:37
Bölmə:K, Gündəm, Bizim seçim | çapa göndər

Qərargahdan itkin düşən neftçilərlə bağlı YENİ MƏLUMAT

"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" Azərbaycan Respublikasının prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
"Xəbəraz.az " xəbər verir ki, qərargahdan verilən məlumata görə, hadisə baş verən gün mövcud hidrometeoroloji vəziyyət, küləyin istiqaməti hər gün olduğu kimi bu gün də mütəxəssislər tərəfindən bir daha təhlil olunub və estakadanın dağıldığı ərazidə suyun dibində dağıntıların təmizlənməsi prosesi davam etdirilməklə, axtarış-xilasetmə əməliyyatlarının həyata keçirildiyi ərazidə suüstü və sualtı maneələr, çox sayda yaşayış olmayan kiçik adaların mövcud olduğu nəzərə alınaraq, qeyd olunan istiqamətlərdə sualtı və suüstü axtarış-xilasetmə əməliyyatlarının gücləndirilməsi barədə qərar qəbul edilib.

Əraziyə cəlb edilən canlı qüvvə, gəmi və digər üzən vasitələr, helikopterlər, dalğıclar sahilboyu və digər çətin keçilən ərazilərdə axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz olaraq həyata keçirməkdədir.

Qeyd edək ki, 2016-cı il dekabrın 15-də səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft" İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub. Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurub.

Qəza nəticəsində bir nəfər ölüb, 9 nəfər itkin düşüb.

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb.



1568 dəfə oxunub.

Digər xəbərlər
16-05-2016, 13:14 İstanbulda partlayış

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
Sual:
23-13+5=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
bütün xəbərlər
«    Yanvar 2017    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
____ Instagram ___