Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°

Uşaqlar arasında xəstəlik yayılıb - Diqqət!
Tarix: 05-01-2017 | Saat: 15:14
Bölmə:Karusel / Gündəm / Səhiyyə | çapa göndər

Uşaqlar arasında xəstəlik yayılıb - Diqqət!


"Payız-qış mövsümündə Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb. Mövsümi olaraq xəstələrin sayında artım var, amma bu, epidemiya xarakterli deyil. Azərbaycanda qrip virusunun, yaxud başqa bir xəstəliyin epidemiyası yoxdur".

"Xəbəraz.az " xəbər verir ki, bunu APA-ya Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru, respublikanın baş pediatrı Nəsib Quliyev deyib.

Onun sözlərinə görə, soyuqdəymə xəstəliklərinə mövsümi olaraq ilin soyuq fəsillərində rast gəlinir və bu da payız-qış mövsümündə bədənin soyuması nəticəsində insan orqanizminin reaktivliyinin azalması ilə əlaqədar olur. N.Quliyev qeyd edib ki, soyuğun təsiri ilə tənəffüs yollarında kəskin respirator xəstəliklər müşahidə olunur: "Xəstəlikləri bakteriyalar və viruslar törədə bilər. Virusların sayı minlərlədir və hər bir virus tərəfindən bu xəstəlik törənəndə 100-dən artıq əlamətləri olur. Payız-qış mövsümündə rast gəlinən xəstəliklərin artmasının səbəbi uşaqların bu aylarda kollektivlərdə daha çox cəmləşməsi ilə bağlıdır. Yayda uşaqlar tətildə olur və nəticədə kütləvilik az olur. Sentyabrdan isə bağçalar, məktəblər açılır və həmin ərazilərdə uşaqların bir-birini yoluxdurması ehtimalı qat-qat artır. Bundan əlavə, temperatur birdən-birə 5-10 dərəcə dəyişirsə, uşaqların geyimi də ona uyğunlaşdırılmalıdır. Bu hallara riayət olunmadıqda soyuqdəymələr baş verir və sonradan günahkar axtarılır".

Valideynlərin uşaqları, xüsusilə körpələri soyuqdan qorumalı olduğunu deyən N.Quliyevin sözlərinə görə, yaz-yay mövsümündə günəş-qum vannasından, dənizdən, meyvə-tərəvəzlərdən daha çox istifadə edilməlidir: "Uşaqlarda xəstələnmə əlamətləri olduğu zaman onları bağçaya, məktəbə buraxmaq olmaz. Onları vaxtında müalicə etmək lazımdır. Çünki xəstə halda bağçaya-məktəbə getmək həm həmin uşaq üçün təhlükə yaradır, həm də digər uşaqları yoluxdurur".

N.Quliyev qeyd edib ki, bu xəstəliklərin qarşısı vaxtında alınmazsa, sonradan ağır və qorxulu fəsadlar-haymorit, ağciyərlərin iltihabı, pnevmaniya baş verə bilər. Bəzən ağır dərəcədə baş-beynin zədələnməsi-meningitlərin inkişaf edə biləcəyini deyən baş pediatr bildirib ki, bu xəstəliklərə məsuliyyətsiz yanaşmaq olmaz: "Böyüklər uşaqları qorumağı bacarmalıdır. Uşaqların sağlamlığının qorunmasında əsas amil valideyn məsuliyyətidir".





2118 dəfə oxunub.

Digər xəbərlər
Xəbərə şərh yaz
Adınız:*
E-Mail:
Şərhiniz:
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
Sual:
5+17-2=
Cavabınız:*
 

XƏBƏRAZ.AZ-ı Daha Çox Hansı Sosial Şəbəkələrdən İzləyirsiniz?

 
26-07-2017
bütün xəbərlər
«    İyul 2017    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
____ Instagram ___